Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

AXCP-dən hökumətə təklif: Əbülfəz Elçibəyin adı əbədiləşdirilsin  



Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mərhum prezident, Xalq Hərəkatının lideri Əbülfəz Elçibəyin adının əbədiləşməsi təklifilə çıxış edib.

Cebhe.info xəbər verir ki, AXCP bu məqsədlə bəyanat yayıb: “Əbülfəz Elçibəy təkcə Azərbaycanın deyil, bütün türk dünyasının böyük, sevilən, sayğıdəyər şəxsiyyətlərindədir. Əbülfəz Elçibəy Azərbaycanda demokratiyanın, azadlığın simvoludur. Çox təəssüf ki, bu günə kimi Azərbaycan hökuməti dövlətçiliyimiz, müstəqilliyimiz tarixində silinməz iz qoyan belə bir şəxsiyyətin adının əbədiləşdirilməsi üçün ciddi heç bir addım atmayıb. Heydər Əliyevin adının əbədiləşdirilməsi istiqamətində kifayət qədər işlər görülüb və görülməkdədir. Azərbaycan Xalq Cümhuriyyəti, Məhəmməd Əmin Rəsulzadə ilə bağlı da pis-yaxşı, qənaətbəxş olmasa da, müəyyən işlər görülür. Lakin Əbülfəz Elçibəylə bağlı bu günə kimi qeyd edilə biləcək ciddi bir iş görülməyib, baxmayaraq ki, təşəbbüslər olub, təkliflər verilib.

AXCP sədri Razi Nurullayev də Elçibəyin adının əbədiləşdirilməsinin olduqca vacib olduğuna diqqəti çəkib. Çünki Elçibəy məhəbbəti xalqın ürəyində silinməz yer tutub. Vətəndaşlar düşünür ki, Elçibəyə qarşı ayrı-seçkilik edilir. İndi hökumətə bu məsələdə tərəf olmadığını sübut etmək üçün gözəl fürsət yaranıb. Bu il Əbülfəz Elçibəyin 80 illik yubileyidir. Onun adının əbədiləşdirilməsi xalq tərəfindən çox müsbət qarşılanacaq. Azərbaycan Xalq Cəbhəsi Partiyası Elçibəy siyasətinin, ideologiyasının davamçısı olaraq təklif edir ki, milli liderin adının əbədiləşdirilməsi məqsədiylə şəhərin görkəmli, mərkəzi prospektlərindən birinə Əbülfəz Elçibəyin adı verilsin”. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений