Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Avtobusunda sərnişinin telefonu oğurlandı



Bakıda marşrut avtobusunda sərnişinin mobil telefonu oğurlanıb.

DİN-dən verilən məlumata görə, mayın 22-də Nəsimi rayonunun A.Mustafayev küçəsində xidmətdə olan 19-cu Polis Şöbəsinin əməkdaşları "Daewoo” markalı sərnişin avtobusunda sərnişinlərin birinin cibindən mobil telefonunu oğurlayıb dayanacaqda düşərək aradan çıxmaq istəyən şəxsi "isti izlər”lə yaxalayıblar.

Onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Emin Məmmədov olduğu müəyyən edilib. Şəxsi axtarış zamanı sərnişin - Salyan rayon sakini F.Süleymanova məxsus mobil telefon maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений