Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Avropa çempionatında fərqlənən karateçilər mükafatlandırılıblar



Azərbaycan Milli Karate Federasiyasının (AMKF) rəhbərliyi ötən həftə Rusiyanın Soçi şəhərində yeniyetmə və gənclərin Avropa çempionatında uğurla çıxış edən milli komandanın üzvləri ilə görüşüb.

AMKF-dən bildirilib ki, federasiya prezidenti Yaşar Bəşirov və birinci vitse-prezident Fərid Əsgərov dörd qızıl, bir gümüş və bürünc medal qazanan idmançılarımızı təbrik edərək, bu nəticəni aşağı yaş qruplarında tarixi uğur kimi dəyərləndirib.

Federasiya rəhbərliyi dövlət tərəfindən göstərilən qayğı müqabilində, eyni zamanda, Azərbaycanın idman ölkəsi imicinin qorunması üçün bundan sonra da məsuliyyətlə çalışmağın və yüksək nəticələr göstərməyin əsas məqsəd kimi qarşıya qoyulduğunu xatırladıb.

Yeniyetmə və gənclərdən ibarət milli komandanın məşqçisi Anar Allahverdiyev qitə çempionatına hazırlıq işlərində lazımi dəstəyə görə federasiya rəhbərliyinə minnətdarlığını bildirib.

Görüş zamanı, həmçinin növbəti yarışlara hazırlıq məsələləri müzakirə olunub.

Yığıncağın sonunda Avropa çempionatında fərqlənən idmançılar mükafatlandırılıblar.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений