Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

"Atletiko"nun prezidenti: "Möcüzə üçün "Qarabağ" "Roma" və ya "Çelsi"dən xal almalıdır"



"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi olan "Atletiko"nun prezidenti Enrike Sereso "Marca" qazetinə müsahibə verib. 
 
Sportal.az xəbər verir ki, klub rəhbəri "Atletiko"nun Çempionlar Liqasının qrupundakı oyunları barədə danışıb:
 
"Hazırki "Atletiko" tarixinin ən güclüsüdür. Bəzən futbolda istədiyini edə bilmirsən. Bizim də başımıza belə hallar gəlir. Biz ÇL-in qrupunda “Roma” ilə oyunda 4 real qol şansını əldən verdik. “Qarabağ”la qarşılaşmada isə 14 min dəfə şansımız oldu. Bu, tək bizim deyil, digər top klubuların problemidir. Yaxşı futbolçularımız və məşqçimiz var. Böyük planlarımız var".
 
"Atletiko" ÇL-in qrupunda 4 turdan sonra 3 xal toplayıb. Komandanın 1/8 finala yüksəlmək şansları çox azdır. Klub prezidenti "hindular"ın növbəti mərhələ şanslarını belə dəyərləndirib: 
 
"Möcüzə etmək asan iş deyil. Ancaq bunu edə biləcək komandalardan biri də məhz “Atletiko”dur. Məqsədimiz son iki oyunda qələbə qazanmaqdır. Möcüzə üçün “Qarabağ” “Roma” və ya “Çelsi”dən xal almalıdır".
 
Qeyd edək ki, C qrupunda 5-ci turun oyunlarında "Qarabağ" "Roma"nı, "Çelsi" isə "Atletiko"nu qəbul edəcək. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений