Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Atasının taxt-tacını ələ keçirmək istədi: Tarixə sirli mumiya kimi düşdü - FOTOLAR 



Qədim Misirdə tapılan məşhur "qışqıran mumiya"nın sirri çözülür.

Cebhe.info xəbər verir ki, illərlə sirr olaraq qalan mumiya ilə bağlı müxtəlif nəzəriyyələr ortaya çıxır. Bu nəzəriyyələrdən biri də mumiyanın Firon 3-cü Ramzesin arvadlarından biri olan Tiyenin oğlu, şahzadə Pentever olması idi.

Taxt-tacı ələ keçirmək istəyən şahzadə atasını öldürməyə cəhd edib, ancaq planı baş tutmayıb və intihar etmək istəyib. İndi ortaya çıxan son nəzəriyyə isə bu iddiaları yalanlayır. 

Nyu-York Universitetindən arxeoloq Bob Brier qışqıran mumiyanı incələyib və başqa nəticə əldə edib. Onun dediyinə görə, mumiyaya iki dəfə zor tətbiq edilib. Biri özü, digəri isə onu qorumağa çalışan şəxs tərəfindən. 

Firon ailəsinin digər üzvləri ilə bir yerə dəfn edilən, ancaq üzəri qoyun dərisi ilə bağlı saxlanan mumiya ilə bağlı araşdırma aparan doktor Havas isə belə deyir: "Qədim misirlilərin qoyun dərisi ilə örtülməsi onların təmiz olmadığı anlamına gəlir. Bu şəxs sağlığında pis hərəkət edib. İndiyə qədər acı çəkən mumiya görməmişdik. Bu, qətiyyən normal deyil. Bizə mütləq halda nələrdənsə bəhs edir, amma nə olduğunu dəqiq bilmirik". 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений