Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Atasının 40-ı çıxmadan toylarda oxuyan Damla tənqidlərə dözmədi: "Soyunmağa başlamışam?"



Müğənni Damla (Məsumə Məmmədova) yenidən tənqid və təhqir hədəfinə çevrilib.

Cebhe.info-nun məlumatına əsasən müğənni bu dəfə “İnstagram” izləyicilərinin şiddətli qınağına atasının 40 mərasimi tamam olmadan toylarda oxuduğuna görə tuş gəlib.

Bundan bərk qəzəblənən ifaçı adıçəkilən sosial şəbəkədəki səhifəsində status paylaşıb:

“Görəsən, içinizdəki insanlığı kim öldürüb? Kənardan bir insanın həyatını müzakirə etmək, gərçəkləri bilməyib danışmaq, kiminsə könül yarasını qanatmaq sizin üçün bu qədər adi bir şeydir? Özünə, varlığına, ailəsinə hörmət etməyən dırnaqarası insancıqlar, siz ata itkimi ələ salıb, məni nə haqla qınaya bilərsiniz? Mən anamın icazəsi, halallığı ilə işimə davam etmişəm. Bunu dərk edə bilirsiniz? Məcburam! Aylar öncə yazılmış toylar, əmanət verilən behlər, öncədən təyin olunmuş konsert salonları, satılan biletlər, xaricə uçmaq üçün alınan təyyarə biletləri, komandamın aylıq maaşı, ailəmin yükü, oğlumun təhsili və daha yazmaq istəmədiyim bir çox şeylər… Bunların pulunu kim ödəyəcək? Mən təkəm, arxasızam. O yazanların ağzı isti yerdədir... Ya ərləri qazanır, ya da kimlərinsə hesabına yaşayırlar.

Siz nə haqla atamın məzarına dil uzadırsınız? Kimsiniz siz? Yazırsınız ki, atasının yasını saxlamır. Məndən çox canınız yanır? Yazırsınız ki, kefdəsən, puldan gözün doymur, bütün günü toylardasan. Toy dediyiniz, ailə məclisidir. Mən klublarda, əlimdə içki masasında görüntülənməmişəm axı?! Ağzınıza nə gəlir yazırsınız. Yoxsa hər həftə bir saç rəngindəyəm? Yoxsa, atamdan sonra soyunmağa başlamışam? Nə dəyişib? Mən illərlə ürək xəstəsi olan atamın bütün çətinliyini tək çiynimdə daşımışam. Bir çox oğulun edə bilmədiyi yükü tək çəkmişəm. Sağlığında insana dəyər verərlər. Onu sağ ikən heç bir sıxıntıda yaşatmamışam. Heç vaxt çətinlik çəkməyə qoymamışam. Təki hamı mənim kimi ailəsinin qədrini bilsin. Siz nə bilirsiniz ki, içimdəki ağrı nədir? Utanın! Bilsəm ki, mən sussam, atam geri dönəcək, illərlə səsimi belə çıxarmaram. Allahınız olsun, susun. Mənim acım, mənim itkim mənimdir”.

Qeydə edək ki, ötən ayın 12-də müğənnin atası 63 yaşlı Qərib Məmmədov dünyasını dəyişib.

Aysel
Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений