Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

AŞPA ilə bağlı iradlar baş katibə göndəriləcək 



Milli Məclisin plenar iclasında səslənən fikirləri ümumiləşdirirək Avropa Şurasının Parlament Assambleyasına, o cümlədən Avropa Şurasının (AŞ) baş katibi Torbyorn Yaqlanda göndərməliyik. 

Cebhe.info xəbər verir ki, bu təkliflə parlamentin plenar iclasında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edib. 

Milli Məclisin sədri və həmkarlarına dəstəyə görə təşəkkürünü bildirən S. Seyidov bildirib ki, burada səslənən hər bir fikir və ümumilikdə Azəraycanın mövqeyi bir daha Avropa Şurasına bildirilməlidir. 

Buna cavab olaraq çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, məktubu AŞ-nin baş katibinə göndərməyin xeyri yoxdur, lakin digər qurumlara göndərmək olar. 

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений