Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Artur Rasi-zadə bu nazirliyin tərkibini dəyişdirdi



Baş nazir Artur Rasi-zadə "Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Cebhe.info xəbər verir ki, qərarla Energetika Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri

Azərbaycan Respublikasının energetika naziri

Kollegiyanın üzvləri:

energetika nazirinin müavinləri;

Energetika Nazirliyinin Aparatının rəhbəri;

Energetika Nazirliyinin Aparat rəhbərinin müavini - daxili nəzarət şöbəsinin müdiri;

Energetika Nazirliyi Aparatının neftqaz siyasəti şöbəsinin müdiri;

Energetika Nazirliyi Aparatının energetika şöbəsinin müdiri;

Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri.

Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений