Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Artan gərginlik və Azərbaycan: “Planlar cızılmalıdır ki...”- POLİTOLOQ



Rusiyadan ABŞ və Qərb ölkələrinə qarşı sanksiya həmləsi gəlib. Belə ki, Rusiya Parlamentinin aşağı palatası Dövlət Duması, ABŞ və digər ölkələrin Rusiyaya qarşı mümkün sanksiyalarına cavab vermək hüququ verən qanun layihəsini qəbul edib. Qanun layihəsinə görə, hökumət ABŞ və digər ölkələrin Rusiyaya qarşı sanksiya qərarlarına qarşı tədbirlər görə biləcək. 

Ekspertlər hesab edir ki, Rusiya bu sanksiyalarla digər ölkələrə qarşı da hanısasa addımlar ata bilər. 

Maraqlıdır, artan gərginlik digər ölkələri də seçim qarşısında qoya bilərmi? 

Siyasi şərhçi Fikrət Sadıxov Cebhe.info-ya açıqlamasında deyib ki, vəziyyət həqiqətən də acınacaqlıdır və geosiyasi gərginlik davam edir: “Sanksiyalar yenidən tətbiq olunur. Rusiya isə əlbəttə ki,  bunlara cavab verəcək. Hətta müəyyən qədər cavab verir. Reallıq odur ki, Rusiyanı ABŞ-la müqayisə etmək olmaz və sanksiyalar Rusiyanın iqtisadiyyatına müəyyən zərbələr vurur. Vəziyyət gərginləşir və bununla bağlı Rusiya da ciddi islahatlar aparmaq fikrindədir.

Bir sıra liberal düşüncəli insanlar hakimiyyətə cəlb olunur. Nəzərə almaq lazımdır ki, burada əslində mürəkkəb bir vəziyyət yaranır. Bu qarşılıqlı sanksiyalar həyata keçiriləcəksə, təbii ki, digər dövlətlərə də  toxuna bilər. Mürəkkəb bir dünya birliyində müxtəlif proseslər gedir. Dövlətlər bir-birinə iqtisadi, siyasi, hətta hərbi-texniki yardım edir, müəyyən şərtlər qoyulur. Məsələn, Rusiya hansısa ölkələrlə hərbi əməkdaşlığı davam etdirəcəksə, o dövlətlər də bu sanksiyalara məruz qala bilərlər”. 

Politoloq hesab edir ki, bu gərgin vəziyyətdən çıxış yolları axtarmaq lazımdır: “Mən inanmıram ki, indiki dövrdə Azərbaycana qarşı nəsə yaransın. Amma buna qarşı da indidən müəyyən addımların atılması üçün düşünmək lazımdır. Hər halda, bizim maraqlarımıza toxunulmasın və zərbə dəyməsin deyə müəyyən planlar cızılmalıdır. Öz təhlükəsizliyimizi bəribaşdan önə almalı və sığortalanmalıyıq. Bu qarşıdurma fonunda Azərbaycan öz maraqlarını müdafiə etməlidir”. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений