Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

ARDNŞ, yoxsa SOCAR? – Mirvari Qəhrəmanlı etiraz edir



“ARDNŞ-yə məktub göndərəndə tələb edirlər ki, SOCAR yazın”. 

Cebhe.info-nun xəbərinə görə, bu barədə Neftçiləri Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı bildirib: 

“Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanununda bildirilir ki, dövlət dilinin dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin adında işlədilməsi Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılır. Göstərilən təsisatların adını əks etdirən lövhələr, blanklar, möhürlər və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlar dövlət dilində tərtib olunur”.

Mirvai Qəhrəmanlı əlavə edri ki, SOCAR şirkətin loqosudur: 

“İllik hesabatlarına da nəzər salsanız bəzi yerlərdə ARDNŞ bəzi hissələrində isə SOCAR yazılır. məs: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sturukturu,amma qalan hissələrdə isə SOCAR yazılıb.Anlamaq istərdim şirkət ölkə qanunvericiliyini pozur, yaxud onlar üçün xüsusi qanun var”.

Xatirə
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений