Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Araz" Maştağadakı filialında işçisinin qətli ilə bağlı məlumat yayıb



 "Araz" Supermarketlər Şəbəkəsi Maştağa qəsəbəsindəki filialında baş vermiş bədbəxt hadisədən təəssüfləndiyini bildirir və bu cür hadisələri pisləyir. 

Şirkətdən verilən məlumata görə, iyunun 20-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən "Araz" Supermarketlər Şəbəkəsinin əməkdaşları Vüqar Hüseynzadə və Kənan Səlimov bıçaqlanıb. 

"İş saatından sonra baş vermiş hadisə nəticəsində Vüqar Hüseynzadə dünyasını dəyişib, Kənan Səlimov isə xəstəxanaya yerləşdirilib. Məlumat üçün bildirək ki, hadisəni törədən Surxay Əliyev "Araz" Supermarketlər Şəbəkəsinin əməkdaşı deyil. Qeyd edək ki, "Araz" Supermarketlər Şəbəkəsinin daxilində bəzi bölmələr icarə əsasında fəaliyyət göstərir.

Şəbəkənin Maştağa filialında icarə müqaviləsi əsasında fəaliyyət göstərən dəniz məhsulları bölməsində çalışan Surxay Əliyev podratçı şirkətin əməkdaşıdır. Hadisənin hansı zəmində və nə səbəbdən baş verdiyi hələ ki məlum deyil. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin müvafiq bölmələri tərəfindən araşdırma aparılır. "Araz" Supermarketlər Şəbəkəsi baş vermiş bədbəxt hadisədən təəssüfləndiyini bildirir və bu cür hadisələri pisləyir. Hadisə nəticəsində dünyasını dəyişmiş Vüqar Hüseynzadənin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan ona rəhmət, xəsarət alan digər əməkdaşımız Kənan Səlimova isə şəfa diləyirik", - məlumatda qeyd olunub. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений