Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Aprel döyüşlərinin qəhrəmanları təbliğ edilib - QHT layihəni yekunlaşdırdı



Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi    "Aprel döyüşlərinin  qəhrəmanlıq  nümunələrinin təbliği " layihəsini yekunlaşdırıb. 

Cebhe.info xəbər verir ki, bununla bağlı keçirilən  mətbuat konfransında layihənin rəhbəri Məlahət Xəlilova  deyib ki, 3 aylıq müddətə nəzərdə tutulan layihə çərçivəsində  Bakının Qaradağ, Yasamal və Xətai rayonlarında   aprel döyüşlərində şəhid olmuş milli qəhrəmanların ailələri ziyarət olunub:

“Şəhid Samid Gülağa oğlu İmanov, Murad Mirzəyev, gizir Rusif İbrahim oğlu Ağayevin ailələrini ziyarət etdik. Şəhid ailələrini ziyarət etməkdə məqsəd vətəndaş cəmiyyətləri tərəfindən onlara mənəvi dəstək verməkdir. Düzdür, hazırki şəraitdə Azərbaycan dövləti, xüsusilə dövlət başçısı şəhid ailələrinə xüsusi diqqətlə yanaşır. Biz də  vətəndaş cəmiyyəti olaraq qərara aldıq ki, şəhid ailələrinin yanında olaq, onlardan öz diqqət və qayğımızı əsirgəməyək". 

Eyni zamanda, şəhid qəhrəmanların keçdikləri həyat və döyüş yolu, onların Azərbaycanın ərazi bütövlüyü, işğal altında olan torpaqların geri alınmasında göstərdikləri qəhrəmanlıqlar media və sosial şəbəkələr vasitəsilə  ictimailəşdirilib. Mövzu ilə bağlı silsilə məqalə və müsahibələr "Olaylar" qəzeti, "Sabahinfo.az" , "Olaylar.az" saytlarında dərc edilib və facebook sosial şəbəkəsində yayınlanıb. Bu isə layihənin geniş oxucu  kütləsinin məlumatlanmasına musbət təsirinin nəticəsidir. Mətbuat  konfransında iştirak edən  "Müasir inkişaf" İctimai Birliyinin sədri sədri Mübariz Göyüşlü, "İnsan hüquqları və Maarifçilik" İctimai Birliyinin sədr müavini Vilayət Muxtar,  "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal, "Yeni həyat" HSD İctimai Birliyinin sədri Nailə İsmayılova, "Vətən.info" saytının direktoru Nahid Canbaxışlı, Qarabağ qazisi  Seyfəddin Qurbanov şəhid atası mövzunun həmişə aktual olduğunu bildirib,  Qarabağ şəhid və əlil ailələrinə, veteranlarına  mənəvi dəstəyin vacibliyini vurğulayıblar. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений