Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ankara Əsədlə birbaşa təması rədd edir



Rusiyanın “Afrindəki vəziyyət Dəməşq və Ankaranın birbaşa dialoqu yolu ilə həll edilə bilər” çağrışına Türkiyə rəsmi reaksiya verilib.

Prezident iqamətgahında təşkil edilən mətbuat konfransında çıxış edən prezident köməkçisi İbrahim Kalin bildirib ki, birbaşa rəsmi əlaqə müzakirə predmeti deyil.

Cebhe.info xəbər verir ki, İ.Kalin ətrafda baş verən hadisələrin, o cümlədən “Zeytun budağı” hərəkatının türk iqtisadiyyatının gücünü göstərəndiyi diqqətə çatdırıb:

“Hökumətimiz son 1 illik zaman kəsiyində 1,5 milyon nəfərin məşğulluğu ilə son illər böyük bir müvəffəqiyyətə imza atıb. Afrinlə əlaqəli natamam, qəsdlə yazılmış xəbərlərin sektorda fərqli şəkillərdə əks olunduğunu görürük. Bu, bəzən mənfi təsirlərə səbəb ola bilər. Buradan çağırırıq, açıqlamalar rəsmi orqanlardan alınmaqla nəzarətdə saxlanılmalıdır”.

Daha sonra jurnalistlərin suallarını cavablandıran prezident köməkçisi qeyd edib ki, Astana çərçivəsində üç zəmanət verən ölkədən biri olaraq Türkiyənin Suriyadakı hadisələri koordinasiya etmək üçün qurulmuş bir mexanizmi var:

“Zamanla bu mesajlar Rusiya və İran vasitəsilə Dəməşq rejiminə çatdırıldı. Dolayı bir yolun olduğunu bilirik. Ancaq fövqəladə şərtlər tələb edildikdə kəşfiyyat xidmətimiz birbaşa və ya dolayı yolla əlaqə qura bilər. Ankara və Dəməşq arasında siyasi və ya digər sahələrdə birbaşa təmas gündəlikdə deyil”.

Yeganə Oqtayqızı
Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений