Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Alpinistin cənazəsi evindən belə çıxarıldı - VİDEO



Xəbər verildiyi kimi 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxan və geri qayıtmayan alpinistlərin meyiti tapılıb və ailələrinə təhvil verilib.

Cebhe.info xəbər verir ki, meyitləri tapılan alpinistlərdən biri Fəridə Cəbrayılovanın yas mərasimindən video görüntülər yayılıb. 

Cənazə namazı qılınandan sonra mərhumun cənazəsi dəfn olunmaq üçün Masallı rayonun Şərəfə kənd qəbirstanlığına yola salınır. 

Qeyd edək ki, 27 yaşlı Fəridə evin tək övladı olmayıb, bacısı və qardaşı var. O, ailəsi ilə Bakıda yaşayırdı.

Xatırladaq ki, 27 dekabr 2017-ci il tarixindən Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib. 

3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkar edilib. Ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib. 

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений