Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Almaniya millisində növbəti itki: Yığmamızla oyunu buraxacaq



DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olan Almaniya yığması daha bir itki ilə üzləşib. 

Qol.az-ın məlumatına görə, Benedikt Hövedes sıradan çıxıb.

“Yuventus”un müdafiəçisinin məşq zamanı əzələsi zədələnib. Klubun rəsmi saytı 29 yaşlı futbolçunun 1 ay meydana çıxa bilməyəcəyini yazıb.

Bu isə onun DÇ-2018-in seçmə mərhələsində oktyabrın 5-də Şimali İrlandiya və 8-də millimizə qarşı keçiriləcək oyunları buraxacağı deməkdir.

Xatırladaq ki, Almaniya millisinin qapıçısı Manuel Noyer də zədə səbəbindən yığmamızla oyunu buraxacaq.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений