Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Aİ Rusiyadakı səfirini geri çağırır - "Skripal işi" böyüyür



Aİ Rusiyadakı səfirini geri çağırır - "Skripal işi" böyüyür

Avropa İttifaqı (Aİ) “Skripal işi” ilə əlaqədar Rusiyadakı səfirini geri çağırmağı qərara alıb.

Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə sammitdən sonra İsveçin baş naziri Stefan Leven bildirib.

“Aİ-nin Rusiyadakı səfirini geri çağırmağı qərara aldıq”, - deyə Aİ Şurasının mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, Böyük Britaniya hökuməti martın 4-də ölkə ərazisində - Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızına qarşı əsəb-iflic qazı vasitəsilə həyata keçirilən hücuma cavab addımı olaraq 23 rusiyalı diplomatın ölkədən çıxarılmasına dair qərar verib.

Londonun qərarına cavab olaraq rəsmi Moskva da oxşar addım atıb.

Məcid
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений