Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ağstafada zəncirvari yol qəzası baş verib, xəsarət alanlar var



Ağstafa rayonunda zəncirvari yol qəzası baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Eynallı kəndində qeydə alınıb.

Belə ki, 2 "VAZ" və 1 "Priora" markalı minik avtomobillərinin toqquşması nəticəsində üç nəfər - 1959-cu il təvəllüdlü Sahibə İsmayıl qızı Rəhimova və onun 7-8 aylıq hamilə olan gəlini, 1988-ci il təvəllüdlü Elnurə Bəkir qızı Rəhimova, həmçinin digər avtomobildə olan rayonun Həsənsu kəndinin sakini, 1994-cü il təvəllüdlü Elvin Zahid oğlu Mustafazadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qaynana, gəlinin və bətnindəki uşağın vəziyyəti qənaətbəxş, E.Mustafazadənin vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir. Hamilə qadın əri və qayınanası ilə birgə yaxınlarıgilə qonaq gedərkən qəzaya düşüblər. 

Hər üç avtomobilin sürücüsü xəsarət almasa da, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений