Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ağ Ev milyarderlərlə sövdələşməyə gedəcək: PREZİDENTƏ QARŞI



Xəbər verildiyi kimi ABŞ Maliyyə Nazirliyi Konqresə prezident Vladimir Putinə yaxın olan vəzifəli şəxslər, iş adamları və Rusiya hakimiyyətilə sıx əlaqələri olan “yarımdövlət kompaniyaları” haqqında“ Kreml hesabatı” adlanan sanksiyalar paketi təqdim edib. 

Cebhe.info xəbər verir ki, AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazdə deyib ki, sözügedən siyahıya  210  ad düşüb ki, onların da 114-ü məmur, 96-sı isə müxtəlif oliqarxlar və istehsal müəssisələridir:

“Siyahıya xüsusilə Rusiyanın yüksək vəzifəli şəxsləri daxil edilib: Dmitri Medvedev, Sergey Şoyqu, Sergey  Lavrov, Gerasimov, Dmitri Peskov və digər Putinin siyasi elitasına yaxın olan maliyyə maqnatlarıdır. Bu siyahıya fikir verdikdə Rusiyanı idarə edən əsas şəxslərin sanksiya paketində yer alması, Vaşinqtonun Moskvaya qarşı açıq iqtisadi təzyiqdir. Rusiyada martın 18-də gözlənilən prezident seçkiləri öncəsi ABŞ-ın "Kreml hesabatı" adlanan icitimaiyyətə bəlli olan siyahını elan etməsi təsadüfi deyil və Putinə qarşı təzyiq mexanizmidir. Bununla Vaşinqton Rusiyanın maliyyə dayaqlarını zəiflətməyi və Kremlə yaxın olan maliyyə oliqarxlarını Putinə qarşı qaldırmağı-Saray çevrilişinə apara biləcək proseslərə zəmin hazırlayır. Qeyd edim ki, bu hesabatla Vaşinqton Rusiyaya qarşı iqtisadi-maliyyə müharibəsi elan etmiş oldu. Bu misli görünməmiş sanksiyalar siyahısı ABŞ-la Rusiya arasında gərginliyi artıracaq və heç də Rusiyanın aqressiyasının qarşısını almayacaq. Amma sanksiyalar Rusiyanın müdafiə sənayesi sahəsinin zəifləməsinə və ölkədə iqtisadi defoltun yaşanacağına aparacağı şübhə doğurmur”. 

Politoloq qeyd edib ki, Putinin seçkidən sonra ABŞ-ın bu siyasətinə qarşı revaranş götürəcəyi, Şərqi Avropada xüsusi ilə Ukraynada vəziyyəti mürəkkəbləşdirməklə öz hərbi təsirlərini Polşa və Baltikyanı ölkələrə artıracaq: “Bununla ABŞ-ın hərbi sahəyə daha çox maliyyə ayırmasına səbəb ola biləcək hərbi avantüralara getməsi istisna edilmir. Məsələnin digər tərəfi odur ki, ABŞ-la Rusiya arasında problemlər Əfqanistanda da dərinləşir. ABŞ-ın anti-terror siyasətinin iflasa uğramasında Rusiyanın rolu danılmazdır. ABŞ bunu beynəlxaq müstəviyə çıxartmasa da, ABŞ-Rusiya gərginliyi Əfqanistanda yaşanır. Bu gün Talibanın silahlandırılmasında və siyasi-hərbi dəstəyin verilməsində Rusiyanın rolu əvəzsizdir. Talibanın Əfqanistanın böyük bir hissəsini nəzarətə götürməsi, artan hücumları ABŞ-ın Əfqanistan siyasətinin iflası deməkdir. Rusiya və ABŞ Şərqi Avropada, Yaxın Şərqdə təkcə münaqişədə deyil, Əfqanistan da bura daxil olmaqla ciddi münaqişədədirlər. Vaşinqtonun bu sanksiyalar paketi Rusiyanın beynəlxalq konyukturada mövqeyinin zəifləməsinə gətirib çıxaracağı bir neçə il çəkə bilər.

Vaşinqtonun "Kreml hesabatı" siyahısında Putin admistrasiyasının bu siyahıda adı çəkilən üzvüləri heç də rahat deyillər. Illərdir yığdıqları sərvətin Putinin aqressiya siyasəti nəticəsində təhlükə ilə üzləşməsi dərin narahatlığa səbəb olur. Siyasi elitanın Putinə qarşı çıxacağı gözlənilməsə də, ölkədə sosial etirazlar dalğasının başlanmasına və adı sanksiya siyahısında olan maliyyə oliqarxların Putin rejiminin laxlaması üçün hakimiyyət əleyhinə formalaşan etirazlara maliyyə dəstəyi verməsi mümkündür. Oliqarxiyanın belə bir dəstəyi mümkündür və öz sərvətlərinin Putinə görə əllərindən çıxmaması üçün rejim dəyişikliyi üçün istənilən ssenaridə yer ala bilərlər. ABŞ çalışacaq ki, adı siyahıda olan rus milyaderlərlə siyasi bazarlığa getsin. Göründüyü kimi, Rusiyanı çox ciddi sınaqlar gözləyir. Avropa İttifaqı və ABŞ bir cəbhədə birləşməklə Putin Rusiyasının hərbi və təhlükəli siyasətinin qarşısını almağa çalışırlar”.

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений