Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Afaq Aslan: "Mənim kimi qızı qısqanmamaq olar?" - VİDEO



Son günlər müğənni Afaq Aslan yenidən gündəmə gəlib.

Cebhe.info-nun məlumatına görə, “ARB Ulduz”un “Şou məkan” verilişinə açıqlama verən ifaçı bugünlərdə təqdim etdiyi "Sənlə mən" klipindəki açıq-saçıq görüntülərindən danışıb:

“Mənim seçimimə qalsa, mən daha açıq-saçıq və fərqli iş təqdim edərdim. Bizdə açıq-saçıqlıq elə də qəbul olunmadığına görə daxilimdə olan və arzuladığım Afaqın bir hissəsini tamaşaçılara təqdim etdim".

Yeni klipindən ağız dolusu danışan müğnni, insanların onun geyiminə daha çox fikir verdiklərini bildirib:

“Klipin estetik görünüşü daha açıq-saçıq ola bilərdi. Ancaq bu tip kliplər, kadrlar bizim insanlarda qıcıq yaradır. Deyirlər ki, niyə soyundu, yenə açıq-saçıq geyindi. Mahnı qalır bir kənarda, insanların fikri klipə yönəlir, yenə də mənim geyimlərimi müzakirə etməyə başlayırlar, mahnıdan danışan olmur”.

Belə məlum olur ki, Afaq Aslan sevgilisinin təsiri altında açıq-saçıq səhnə və geyimlərdən imtina edərək, sərhədləri aşmaq istəməyib:

“Əslində sevgilim çox qısqancdır. Mənim kimi qızı qısqanmamaq olar? Klipin çəkilişləri vaxtı hər 10-15 dəqiqədən bir zəng edirdi ki, hər şey yaxşıdır, nəyəsə ehtiyac var? Burdan o insana demək istəyirəm ki, mən onu çox sevirəm. Həyatımda yeganə insandır ki, mən 3 ay gecə-gündüz o insan üçün dayanmadan ağlamışam”.

Aysel
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений