Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Afaq Aslandan Kamran Həsənlini qəzəbləndirəcək sözləri: "Həddini bil, ağıllı ol" - VİDEO



Yerli şou-biznesdə yeni qalmaqalın təməli qoyulur.

Cebhe.info-nun məlumatına görə, bu dəfə aparıcı Kamran Həsənli ilə müğənni Afaq Aslan üz-üzə gəlib.

Belə ki, K.Həsənli “Space” telekanalında aparıcısı olduğu “Onda başladıq” verilişində müğənnini “Müğənni olmaq istəyən Afaq Aslan” kimi təqdim etməsi A.Aslanın xoşuna gəlməyib. 

Müğənni aparıcının bu təqdimatına bərk əsəbləşib. Qarşı tərəfə “Samir Piriyevə pul ataraq, yenidən efirə qayıdıb aparıcılıq etməyə üz lazım idi” deyərək, verilişi tərk edib.

A.Aslan daha sonra K.Həsənliyə video müraciət ünvanlayıb: 

“Əslində Kamran Həsənli adlı bir aparıcı tanımırdım. Amma bir ara mediada onun haqqında xəbərlər yazılmışdı ki, fırıldaqçıdır. Samir Piriyevdən pul alıb, qaytarmayıb. Başa düşürəm ki, yeni veriliş açıb, reytinqini kiminsə üzərində qurmalıdır. Amma Kamran Həsənli, mən sənin üçün “yem” deyiləm. Sənin verilişinə reytinq lazımdırsa, onu get, başqa müğənnilərin üzərində qur. Məni başqa müğənnilərlə qətiyyən səhv salma! Yumaram gözümü, açaram ağzımı. Özün də çox gözəl bilirsən ki, bu şou-biznesdə bütün müğənnilər məndən ehtiyat edir. Sənin barəndə bildiyim elə sirlərin üstünü açaram ki, biabır olarsan. Sən hələ get camaatdan aldığın borcları qaytar. Sən kimsən ki, mənim adımı da dilinə alırsan? Sən yaxşı aparıcı olsaydın, səni aparıcı kimi o kanaldan bu kanala atmazdılar. Aparıcı kimi özün özünü tapmamısan. Kamran Həsənli, mənimlə oynama. Mənə ilişən xeyir tapmır. Ona görə də həddini bil, ağıllı ol. Danışığına yiyəlik etməsən, səninlə başqa cür danışacağam”. 

Aysel
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений