Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Adnan Oktar “kedicikləri” ilə cəzadan uzaq yaşayır- SƏBƏB



Türkiyənin Radio və Televiziya Üst Qurumu “Adnan Oktarla söhbətlər” proqramına qadağa tətbiq edə bilmir. Son iki ayda "Adnan Oktarla söhbətlər" adlı proqramdan 444 tamaşaçı şikayət edib. Ancaq yayım internet üzərindən aparıldığı üçün sanksiyalar tətbiq edilə bilmir.

Cebhe.info xarici mediaya istinadən xəbər verir ki, sahib olduğu “A9” kanalı və internet üzərindən yayımlanan proqramının məzmunu səbəbilə ictimaiyyətdə böyük müzakirələrə səbəb olan Adnan Oktar haqqında RTÜQ-ə yüzlərlə şikayət ərizəsi verilib.

Bundan əlavə, vətəndaşlar Prezidentin Əlaqə Mərkəzi və Baş Nazirin Əlaqə Mərkəzinə 22 dəfə “Adnan Oktarla söhbətlər” proqramından şikayət ediblər. Təşkilata "Adnan Oktarla söhbətlər" proqramı ilə bağlı daxil olan şikayətlər əsasən "əxlaq, mənəvi dəyərlərin və ailənin qorunması prinsipinə zidd" məzmunlu olub. Bu çərçivədə təşkilata 299 şikayət edilib. “Kanal bağlansın, cəza təyin olunsun” tələbində olanların sayı 261, dil, din, irq, rəng, cinsiyyət, məzhəb fərqliliyi səbəbindən 151, Adnan Oktarın şəxsinə yönəlik 121, cinsiyyətlə bağlı 102, uşaq və gənclərin inkişafına mənfi təsirlə əlaqəli 52, gender bərabərliyinin pozulması tələbilə 14 şikayət daxil olub.

Vətəndaşların mütəmadi şikayətlərinə səbəb olan peykdən yayımlanan “A9” kanalı ilə bağlı diqqətli araşdırmalar aparan RTÜQ yayımların televiziya kanalları vasitəsilə həyata keçirilmədiyin təsbit edib. Qurum səlahiyyətlilərinin sözlərinə görə, şikayətə səbəb olan videoların hamısı “YouTube” və sosial şəbəkədən yayımlandığı üçün internetə xüsusi məzmun kimi hazırlanır və "A9" loqosu ilə yayımlanır. Televiziya kanalları isə qurumun sanksiyalarına tabe olan televiziya verilişləri hazırlayır. İndiyə qədər internetdə yoxlamalar aparması mümkün olmayan qurum bu səbəbdən yüzlərlə şikayətə və müzakirələrə səbəb olan “Adnan Oktarla söhbətlər” proqramına sanksiya tətbiq edə bilməyib. 

Yeganə Oqtayqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений