Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

ABŞ Xameneyinin pulunu sayır: İFŞA EDƏCƏK



Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatası İran rəhbərlərinin ümumi sərvətinin miqdarını ifşa edəcək layihəni qəbul edib.

Nümayəndələr Palatasında keçirilən səsvermədə 289 deputat layihənin lehinə, 135 nəfər isə əleyhinə səs verib və beləliklə də layihə səs çoxluğu ilə qəbul edilib. Layihəyə əsasən ABŞ Maliyyə Nazirliyi İran rəhbərlərinin, o cümlədən də dini lider Əli Xameneyinin bütün sərvətinin siyahısını hazırlayıb yaymalı, ifşa etməlidir. Bildirilir ki, layihənin qanuna çevrilməsi üçün növbəti addımda Amerika Senatı onu qəbul etməli, ABŞ prezidenti tərəfindən imzalanmalıdır

Layihə Nümayəndələr Palatasına təqdim edilərkən, Amerikanın Maine əyalətindən seçilən deputat Bruce Poliquin çıxışında deyib ki, İran İslam Respublikası və onun rəhbərləri beynəlxalq terrorizmin əsas himayədarıdır:

“İranın 70-ə yaxın yüksək rütbəli rəsmisi, o cümlədən də Xameneyi çox böyük sərvətə yiyələnib. Onlar həmin sərvətlərdən istifadə edərək terrorçu qruplaşmalara, eləcə də həmişə bizə zərbə vurmaq istəyən qüvvələrə yardım edirlər.

Şübhə yoxdur ki, İranın yüksək rütbəli rəsmiləri, o cümlədən də Əli Xameneyi və İranın digər əsas hərbi- siyasi şəxsləri bu qədər pulu, var-dövləti, sərvəti ölkəyə hakim istibdad, gizli, qeyri-şəffaf, korrupsiya sistemi sayəsində əldə ediblər. Elə buna görə də hesab edirik ki, terrorizmin əsas himayədarlarının topladığı bu qədər sərvətin miqdarını bilmək və onların mənimsədikləri bu pullardan hansı məqsədlər üçün istifadə etdiklərindən xəbərdar olmaq İran vətəndaşları, eləcə də dünya əhalisinin haqqıdır”.

Müşfiq
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений