Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

ABŞ Suriya müxalifətinə rus silahları alıb - Hesabat



Pentaqon 2015-ci ilin sentyabrından bu yana Suriyadakı qiyamçıların sovet silahlarına bənzər şəkildə silahlandırılmasına 2,2 milyard dollar pul xərcləyib.

Axar.az xəbər verir ki, bu barədə məlumat Korrupsiya və Mütəşəkkil Cinayətkarlıq Tədqiqatları Mərkəzi (OCCRP) və Balkan Araşdırmaçı Jurnalistlər Şəbəkəsinin hazırladığı hesabatda yer alıb. Hesabata əsasən, Pentaqonun bu proqramı Mərkəzi Kəşfiyyat İdarəsinin artıq qapadılmış Suriya müxalifətinə yardım proqramından ayrı həyata keçirilib.

Sənəddə Pentaqonun qiyamçılar üçün silah alışına 2015-ci ilin sentyabrında başladığı bildirilib. 2017-ci ilin mayına qədər Müdafiə Nazirliyi “Kalaşnikov” avtomatlarına, tank əleyhinə qumbaraatanlara, minaatanlara 700 milyon dollar xərcləyib. Üstəlik, 900 milyon dollar 2022-ci ilə qədər xərclənməsi nəzərdə tutulub.

Cəbhə.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений