Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"ABŞ müharibə elan etdi"



ABŞ və Şimali Koreya arasındakı gərginlik daha da artıb.

Cebhe.info xarici KİV-ə istinadən xəbər verir ki, Ş.Koreyanın xarici işlər naziri Ri Yonq Ho BMT-nin 72-ci sessiyasında iştirak etmək üçün getdiyi Nyu-York şəhərində açıqlamalar verib.

Donald Trampın son açıqlamalarını “ABŞ müharibə elan etdi” kimi şərh edən Ş.Koreya rəsmisi, bundan sonra baş verə biləcək hadisələrin məsuliyyətini ABŞ-ın daşıyacağını bildirib:

“ABŞ təyyarələri beynəlxalq hava məkanında vura bilərik. Bütün dünya bilməlidir ki, müharibə elan edən ilk tərəf ABŞ-dır. Bizim hər cür tədbiri almaq haqqımız var”.

Xatırladaq ki, D.Tramp bir neçə gün öncə Şimali Koreyaya qarşı sanksiyaların daha da sərtləşdiriləcəyini açıqlamışdı.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений