Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

ABŞ bu ölkələri hədəfə alıb - Prezident xəbərdarlıq etdi



Elxan Şahinoğlu: “ABŞ İranı hədəfə alarkən, Türkiyəni də hədəfə alır”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın İran və ölkəsini hədəfə aldığını deyib. 

Cebhe.info xəbər verir ki, o, Amerikanın bu iki ölkəni vurmaq üçün Suriyada hərbi bazalar qurduğunu diqqətə çatdırıb. 

“ABŞ-ın bu həmlələri Üçüncü Dünya Müharibəsinin başlaması deməkdir. Onlar niyə qurulub? Hər halda Rusiyaya qarşı istifadə edilməyəcək. Bu, Üçüncü Dünya Müharibəsi deməkdir”, - deyə Ərdoğan qeyd edib. 

Prezident bu sualları ABŞ-ın martın 31-də vəzifəsini tərk edəcək dövlət katibi Reks Tillersona da ünvanladığını və cavab almadığını deyib: “Amerikanın burda sərhədi varmı? Onların burada nə işləri var? Koalisiya qüvvələri YPG ilə hərəkət edir. Orada 20 baza yaratdılar. Onları bura niyə gətirdilər? Ağıla iki şey gəlir- ya İran, ya da Türkiyə. Hər halda Rusiyaya qarşı istifadə edilməyəcək”.

Türkiyə, yoxsa İran?

Ərdoğanın səsləndirdiyi fikirləri şərh edən analitiklər indiki məqamda ABŞ-ın İranı hədəfə aldığını və buna görə də Suriyadakı hərbi bazalarının sayını artırdığını iddia edirlər. Düzdür, Amerika Türkiyənin Suriyada keçirdiyi hərbi əməliyyatların miqyasını artırımasından narahatdır, amma Vaşinqtondan verilən son açıqlamaların əksəriyyətində demək olar ki, ancaq İran təhdid edilib. Son çıxışlarından birində ABŞ prezidenti Donald Tramp növbəti dəfə İranla nüvə anlaşmasından geri çəkiləcəklərini açıqlayıb. Digər yandan, Suriyada İranın mövqelərinə qarşı təzyiqlərini atıran İsraildən də Trampa bu açıqlamasına dəstək verilib. 

“ABŞ-ın hədəfi İrandır”

Politoloq Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında Amerikanın İranı hədəfə aldığını bildirib. Politoloq hesab edir ki, ABŞ-ın İranla bağlı qəbul etdiyi qərarlar Türkiyənin maraqlarına uyğun deyil: “Ərdoğan haqlıdır. Keçmiş qərargah rəisi İlkər Başbuğ da son açıqlamasında Ərdoğanın fikirlərini təkrarladı. Başbuğ isə iddia etdi ki, Amerikanın hədəfi İrandır. Bu açıqlamalarla razıyam. Çünki kürdlərə dəstək verməklə, İranı mühasirəyə almağa çalışırlar ki, Yaxın Şərqdəki radikal qruplaşmalara silah və maliyyə yardımı göndərə bilməsin. Amma ABŞ İranı hədəfə alarkən, Türkiyəni də hədəfə alır.

ABŞ faktiki olaraq, Türkiyənin düşmənlərinə - radikal, terrorçu kürdlərə dəstək verir. Həqiqətən Amerikanın Suriyada 20 bazası var. Amma bunlar klassik bazalar deyil. Amma kiçik hərbi bazaları var. Yəqin ki, ABŞ-ın Türkiyənin hədəfində olan Menbiçdə də hərbi bazası mövcuddur. İndi isə Türkiyə çətinliklə üzləşib. Çünki ABŞ və Türkiyə arasında bununla bağlı razılaşmalar keçmiş dövlət katibi Reks Tillersonun dönəmində əldə edilib. Amma Türkiyə hələ ki, əməliyyatları uğurla davam etdirir. Mümkündür ki, bu saatlarda Afrin tamamilə ələ keçirilsin”.

Mənsur Rəğbətoğlu
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений