Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

7 növbədənkənar seçkidə məğlub olan iqtidarlar: Türkiyənin maraqlı tarixi 



Türkiyənin növbədənkənar seçkilərə getməsinə türk siyasilər müxtəlif şərhlər verir. Ən maraqlı şərhlərdən birilə isə Türkiyənin “Cümhuriyet” qəzeti çıxış edib.

Cebhe.info xəbər verir ki, məqalədə növbədənkənar seçkilərə gedən iqtidarların məğlub olduğu xüsusi vurğulanır.

Menderesdən Özala, Yılmazdan Çillərə, Ecevitdən Baxçalıya qədər növbədənkənar seçkilərə gedən iqtidarlarlar hakimiyyətdə qala bilməyib. Türkiyədə çoxpartiyalı system yaranandan 7 dəfə növbədənlənar seçkilər keçirilib və hər biri iqtidarın xeyrinə olmayan nəticəylə bitib.

Qeyd edək ki, Türkiyə 24 iyunda növbədənkənar seçkiyə gedir. Bu təkliflə çıxış edən Dövlət Baxçalı qısa müddətdə gündəmi dəyişib və nəticədə AKP iqtidarı bu təklifi dəstəkləyib. İlk günlərdə AKP iqtidarının növbədənkənar seçkilərə getməyəcəyi deyisə də, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın son açıqlamasından sonra növbədənkənar seçkilərin 24 iyunda keçiriləcəyi dəqiqləşib. 

Vilayət Muxtar 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений