Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

52 yaşlı kişi araqdan zəhərlənərək öldü



Tovuz rayonunda spirtli içkidən zəhərlənən şəxs ölüb. 

Trend xəbər verir ki, dekabrın 14-də gecə saatlarında komatoz vəziyyətdə xəstəxanaya gətirilən 1965-ci il təvəllüdlü Cəfərov Xəqani Kavış oğlu dərhal süni nəfəs aparatına qoşulsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Həkimlərin səyinə baxmayaraq X.Cəfərov xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə dekabrın 14-də Tovuz rayonunun Cəlilli kəndində baş verib. Kənd sakini, 52 yaşlı X.Cəfərov evində spirtli içkidən zəhərlənərək komaya düşüb. O, komatoz vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений