Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

40 milyardlıq layihə: Qarabağa da dəstək olacaq



“Azərbaycan Avropanın enerji şaxələndirilməsində əsas ölkə olaraq regionda geosiyasi əhəmiyyət kəsb edən enerji lahiyələrinə imza atır. ABŞ və Avropanın siyasi dəstəyi ilə gerçəkləşən enerji və nəqliyyat layihələri Avropanı Rusiyanın enerji şantajından xilas etmək, Rusiyadan yan keçməklə Mərkəzi Asiyanın karbohidrogen ehtiyatlarını qitəyə daşımağı planlayır”.

Cebhe.info xəbər verir ki, bunu AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib. O, vurğulayıb ki, bir neçə müddət bundan əvvəl "Cənub Qaz Dəhlizi"nin Bakıda açılışı göstərdi ki, xəyal kimi görsənən bu enerji lahiyəsi, artıq qaz ixracına hazır vəziyyətdədir: 

“Dəyəri 40 milyard dollar həcmində olan bu boru kəmər "Cənubi Qaz Dəhlizi" olmaqla dörd hissədən ibarətdir. Azərbaycandan başlayan "Cənubi Qaz Dəhlizi" boru kəməri, əsas seqmentləri "TANAP" və "TAP" -dan ibarətdir. 4-cü hissə isə Türkmənistan qazının nəqlini nəzərdə tutan "Tranxəzər" qaz kəməridir. Hələki, müəyyən problemlərə görə dənizin dibi ilə kəmərin çəkilməsi ləngiyir. Amma, yaxın perspektivdə inşa işlərinin reallaşması gözlənilir.

Azərbaycanın "Şahdəniz" konsedant yatağının ikinci mərhələsindən başlayaraq ixrac edilən qaz Avropanın enerji təhlükəsizliyini təmin edəcək. Ötən gün Türkiyədə "Cənubi Qaz Dəhlizinin " əsas seqmenti olan TANAP-ın açılış mərasimi oldu. TANAP vasitəsi ilə 16 milyard kubmetr bu kəmərindən ixrac ediləcək. Bunun 6 milyardı Türkiyə üçün, 10 milyard kubu isə Avropaya ixrac ediləcək. TANAP-ın Yunanıstandan başlayaraq əsas seqmenti isə TAP boru kəməridi. Bu kəmərə isə qazın bir müddətdən sonra vurulacağı gözlənilir. Qeyd edim ki, TAP boru kömərinin 70 faiz işləri yekunlaşıb. Tikintisi uğurla davam edən İtaliyada bu kəmərə qarşı etirazlar yenidən baş qaldırıb. İtaliyanın yeni koalisiya hökumətindən yer alan "beş ulduz" sol təmayüllü hərəkat ölkəsinin TAP kəmərinə, xüsusilə qaza ehtiyac olmadığı ekoloji cəhətdən səmərəsiz olduğunu vurğulayırlar. Təbii ki, İtaliyada güclü olan Rusiya lobbisi "Qazproma" alternativ olan TAP-ın gerçəkləşməsinə ciddi təzyiq edirlər. Amma, İtlaliyanın dövlət maraqları və imzalanan müqavilələr bu boru kəmərinin reallaşmasını həyata keçirəcək”. 

Politoloq hesab edir ki, Rusiya hər vəhclə İtaliyada bu meqa lahiyəyə nə qədər təzyiq etsə də, sonucda məğlub durumda olacaq: 

“Azərbaycan bu boru kəməri vasitəsilə Mərkəzi Asiya qazını Avropaya gələcək perspektivdə çıxara bilər. Tranzit ölkə olaraq buradan da ölkəmizə valyuta axını gerçəkləşəcək. Artıq təkcə, neftdən deyil, qazın və kondensatın Avropaya çıxarılması ölkəmizin valyuta ehtiyatlarını artıracaq. Bu vəsaitlər vasitəsilə ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsini, Tibbi sığorta və təhsilin pulsuz olması üçün islahatlar həyata keçirilməli, sosial və demokratik cəmiyyət quruculuğu yolunda işləri sürətləndirməliyik.

Regionun ümumi təhlükəsizliyinə töhfə verən bu lahiyə, Ermənistanın blokadasını daha da dərinləşdirir və Qarabağ konfliktinin həlli ilə bağlı Azərbaycana dəstəyin artmasına səbəb olacaq”.

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений