Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

22 aprel – Beynəlxalq Yer Günüdür



 “Beynəlxalq Yer Günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq hər il olduğu kimi bu il də müxtəlif tədbirlər həyata keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, nazirliyin inzibati binasında yerləşən Orxus ictimai ekoloji informasiya mərkəzində “22 aprel - Beynəlxalq Yer günü” ilə əlaqədar ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə dəyirmi masa keçirilib.

Görüşdə beynəlxalq yer gününün tarixi, əhəmiyyəti, ölkəmizdə yaşıllıqların artırılması, ətraf mühitin mühafizəsi sahəsində görülmüş işlər, o cümlədən mövcud qlobal ekoloji problemlər: iqlim dəyişmələri, səhralaşma, bioloji müxtəlifliyin qorunması, tullantıların idarə edilməsi, ekoloji təhlükəsizliyin təmin olunması barədə tədbir iştirakçılarına geniş məlumat verilib və qarşılıqlı fikir mübadiləsi aparılıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений