Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

200 manat devalvasiya gətirəcək? - Deputatdan çox verilən suala CAVAB



Mayın 23-də ölkədə yeni 200 manatlıq əskinasların dövriyyəyə buraxılmasından sonra bir çoxları bunu lazımsız, bəziləri də bunu Azərbaycanda yeni inflyasiya dalğasının başlanğıcı proqnozunu verdilər. Bununla bağlı sosial şəbəkələrdə xeyli müzakirələr getdi, mətbuatda isə kifayət qədər məlumatlar yazıldı. 

Doğrudanmı 200 manatlıq əskinaslar yeni inflyasiya gətirəcək?

Bu sualla Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədova müraciət etdik. Millət vəkili məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında bildirdi ki, hazırda inflyasiya və devalvasiyadan söhbət gedə bilməz. Onun sözlərinə görə, inflyasiyanı şərtləndirən səbəblər var: 

"Birincisi neftin qiymətidir ki, bu da hazırda çox yüksəkdir. İkincisi Azərbaycanda ixrac-idxal əməliyyatlarında müsbət saldo var. Təxminən 5-6 milyarda yaxın. 3-sü pul kütləsinin aparılmasıdır ki, onu da son vaxtlar Mərkəzi Bank çox yüksək səviyyədə aparır. Ona görə də, devalvasiya və inflyasiya mümkünsüzdü".

Elmir Murad
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений