Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

2 milyon əhalisi olan bölgədə zəlzələ qorxusu: “Yaxın zamanda olacaq”



ABŞ-ın qərb sahillərində “yavaş hərəkət edən tektonik bomba” tapılıb.

Cebhe.info xarici mətbuata istinadən bildirir ki, “bomba”nın yaxın onilliklərdə zəlzələnin episentri ola bilər.

ABŞ Geoloji Mərkəzindən bildirilib ki, söhbət San-Fransisko rayonundan da keçən Heyyord tektonik xəttindən gedir. Ərazidə 2 milyondan artıq adam yaşayır. 7 ballıq zəlzələdə tələfat yüzlərlə ola bilər. Həmçinin ərazidən keçən qaz xətlərində yanğın başlayarsa, bu, 150 mindən artıq evə ziyan vuracaq.

Ərazidə zəlzələ hər 150-160 ildən bir təkrarlanır. Sonuncu dəfə 1868-ci ildə baş verib.

“Biz bunu “yavaş hərəkətli tektonik bomba” adlandırırıq. O, yaxın zamanda partlayacaq",-deyə mərkəzin nümayəndəsi Devid Şvartman bildirib.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений