Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

1919 SAAT: Azərbaycanlılar ildə bu qədər işləyəcək: BƏS DÜNYADA?



Bu il azərbaycanlılar 1919 saat işləyəcəklər. Qanunvericiliyə uyğun olaraq 2018-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması bu qədər olub.

Aylıq iş vaxtımızın nə qədər təşkil etməsinə gəlincə, Dövlət Statistika Komitəsindən məlumatına görə, bu ilin yanvar-fevral aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 152,3 saat olub. 

Azərbaycan Respublikasının Konstitusiyasının 37-ci və Əmək Məcəlləsinin 89.2-89.3-cü maddələrinə əsasən, hər kəsin gündəlik ən çox 8 saat, həftəlik 40 saat işləmək hüququ var.

Cebhe.info dünya ölkələrində iş saatlarının nə qədər olması ilə bağlı araşdırma aparıb.  

Öncə qeyd edək ki, iş vaxtı Beyanəlxalq Əmək Təşkilatının standartına görə, həftəlik iş vaxtı üçün 40 saat, gündəlik iş vaxtı üçün isə 8 saat müəyyən edilib. Amma hər bir ölkədə öz hüquq sistemlərinə uyğun olaraq, müxtəlif iş saatları tətbiq olunur.

Fransada əmək hüququ digər ölkələrdən fərqlənir. Dünyada ilk dəfə 2000-ci ildə Fransa 35 saatlıq iş həftəsi müəyyən edilib. Bu o vaxtkı Fransanın prezidenti Fransua Mitterandın adı ilə bağlıdır. Parislilər dünyada ən az işləyən şəhər sakinləridir. Onlar həftədə orta hesabla 30,84 saat işləyirlər. İkinci yerdə Fransanın Lion şəhəridir. 

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) 2011-ci il hesabatında dünyada ən yaxşı iş şəraitinə görə seçilən ölkələr sırasında üçüncü yerdə olan Hollandiyada  işçilər həftədə 29 saat işləyirlər. Baxmayaraq ki, ölkə qanunvericiliyində gündəlik 8, həftəlik isə 40 saat iş vaxtlarının ən yüksək həddi olaraq müəyyən edilib. 

Avstriyada həftəlik iş vaxtının maksimal həddi 40 saat olsa da faktiki olaraq, ölkənin işçi qüvvəsi 40 saatdan az işləyir. Statistikaya görə, ofis işçiləri həftədə 32 saat, dövlət qulluqçuları isə 20 saat işləyir.

Amerika Birləşmiş Ştatlarında iş vaxtı əsasən, həftəlik 40 saatdır Amma aparılan araşdırmalar zamanı amerikalıların 21%-inin həftədə 50 saatdan 59 saata qədər işlədiyi məlum olub.. 

Almaniyada iş Vaxtı Aktına əsasən, gündəlik iş vaxtı 8 saatdan artıq ola bilməz. Amma 6 təqvim ayı və ya 24 həftə ərzində ortalama gündəlik iş vaxtı 8 saatı keçməmək şərti ilə, gündəlik iş vaxtı 10 saata qədər uzadıla bilər.

Çin Xalq Respublikası Əmək Qanununda nəzərdə tutulur ki, gündəlik iş vaxtı 8, həftəlik isə 44 saatdan artıq ola bilməz. Amma özəl müəssisələrdə çalışanların yarısının 8 saatdan artıq işlədiyi bildirilir. 

Hindistanda həftəlik iş saatının maksimal həddi 48 saat, gündəlik iş vaxtı isə 9 saatdır.

Türkiyədə həftəlik iş vaxtı 45 saatdır, gündəlik iş vaxtı isə həftəlik iş vaxtının iş günlərinin sayına bərabər bölünməsi ilə olaraq müəyyən edilir.

Şəhərlərin statistikasında Paris və Liondan sonra iş saatının az olduğu şəhər Moskvadır. Burada həftəlik iş saatı 31,36 saatdır. Moskvadan sonra isə Helsinki və Vyana şəhərləri gəlir. 

Araşdırmalara görə, ən çox əziyyət çəkən işçilər honkonqlulardır. Bu şəhərdə maaksimal iş həftəsinin 50 saatdan çox olduğu bildirilir. 

Onu da qeyd etmək yerinə düşər ki, aralarında sorğu keçirilən 10 rəhbərdən 6-sı iş saatlarının 8 saatdan 6 saata endirilməsini biznes üçün faydalı hesab edir.

Xatirə Nəsirova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений