Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

13 yaşlı şagirdin intiharında SİRR PƏRDƏSİ



Xəbər verildiyi kimi Şamaxı rayonunda məktəb şagirdi intihar edib.

Hadisə ötən axşam Şamaxı şəhərindəki “Cümə məsçidi”nin yanında baş verib. Şəhərin özündə kirayə tutulan evdə valideynləri ilə yaşayan Osmanbəyi kənd sakini, adının Zəka olduğu bildirilən 13 yaşlı oğlan özünü ağacdan asaraq intihar edib. Məsciddə namaz qılan şəxslər onu təcili olaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Lakin, uşağın həyatını xilas etmək mümkün olmayıb. Cebhe.info intiharın təfərrüatlarını öyrənməyə çalışıb. 

Şamaxı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəşad Əliyev Cebhe.info-ya açıqlamasında belə bir hadisədən xəbərsiz olduğunu deyib. Şamaxı rayon Polis Şöbəsindən də eynilə həmin cavab verilib. 

Şamaxı rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxladıq. Xəstəxananın baş həkimi Səməd Fətəliyev saytımıza açıqlamasında deyib ki, intihar edən azyaşlı xəstəxanaya gətiriləndə artıq dünyasını dəyişmişdi: “Uşaq xəstəxananın qəbul şöbəsinə daxil olub. Yoxlama zamanı məlum olub ki, o artıq ölüb. Ölüm olduğu üçün də uşaq geri qaytarılıb. Heç adını da bilməmişik. Barəsində hər hansı məlumata sahib deyilik”. 

Bu arada Cebhe.info 13 yaşlı yeniyetmənin intiharı ilə bağlı müəmmalı məqamları da öyrənə bilib. Adının çəkilməsini istəməyən mənbə deyib ki, rayonun hüquq-mühafizə orqanlarına tapşırılıb ki, uşağın intihar səbəbi ictimaiyyətə açıqlanmasın. Əgər açıqlanarsa, onları töhmət gözləyir. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений