Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Ukrayna cəbhəsi”: Müharibə alovlanır



Prezident Vladimir Putin Krımı Rusiya ilə birləşdirən körpünün açılışını etməklə yarımadanın ilhaqı prosesini rəsmiləşdirdi.Xəbər verildiyi kimi 19 km uzunluğa malik körpü Kerç boğazı ilə Rusiyanın Krasnodar əyalətini birləşdirir.Ona görə də bu, Avropada ən uzun körpü sayılır.Məsələyə münasibət bildirən Ukrayna prezidenti Pyotr Poroşenko bildirib ki, bu hadisə Rusiyanın beynəlxalq hüquqa məhəl qoymadığını təsdiq edir.Poroşenko həmçinin qeyd edib ki, körpünün açılışı Stalin dövründə Krım tatarlarının sürgün olunmasının ildönümünə təsadüf edir.

Rusiya Avropa biznesinin ayrı-ayrı nümayəndələrinin özünün infrastruktur avantüralarına çəkməklə beynəlxalq hüquqi məsuliyyət həddini azaltmağa çalışır.Prezident “Körpü işğalçılara Krımı təcili tərk etmək üçün lazım olacaq”-deyə açıqlama verib.

Ukraynanın sabiq iqtisadi inkişaf naziri Viktor Suslov isə bu körpünün fəaliyyətə başlamasından sonra Rusiyanın Krımda mövqeyinin güclənəcəyini deyib.Ukraynanın radikal millətçi təşkilatları isə körpünü partladacaqları barədə xəbərdarlıq edib.

Ona görə də Kerç-Krasnodar körpüsünün istifadəyə verilməsi Rusiya-Ukrayna cəbhəsində vəziyyətin gərginləşməsinə rəvac verə bilər.Eyni zamanda, Ukraynanın “Apostrof” qəzeti Kremlin qondarma Donestk və Luqansk Xalq respublikalarının separatçılarının rəhbəri Aleksandr Zaxarçenko və Leonid Paseçikin görüşünə diqqət çəkir.Ukrayna tərəfi bu separatçı rejimlərin "Novorossiya” layihəsi adı altında Rusiyaya birləşdirməyin mümkün olacağına inanmasa da, sözügedən görüş Kiyevdə narahatlıqla qarşılanıb.

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Rusiya ilə Krımı birləşdirən körpünün açılışı Ukrayna tərəfində böyük qəzəb yaradıb. Ona görə də Ukrayna işğal olunmuş ərazilərini azad etmək üçün hərbi əməliyyatlara başlayacaq:

“Krımla Rusiya arasında gediş-gəliş imkanları genişlənib. Üstəlik, Rusiya tərəfində ruh yüksəkliyi yaranıb.Amma bu, Krımın Rusiyaya məxsus olduğunu deməyə əsas vermir.Beynəlxalq təşkilatlar, böyük dövlətlərin əksəriyyəti Krımın Rusiya tərəfindən ilhaqını qəbul edib.Beynəlxalq ictimaiyyət Rusiyadan Krımı Ukraynaya qaytarmağı tələb edir.Ukrayna da gücü artdıqca əvvəlcə Donbası geri qaytarmalıdır.Bu məsələnin həlli şübhə doğurmur. Amma Krım məsələsinin həlli bir az çətin olacaq. Amma sonda Ukrayna xalqı Krımı da azad edə biləcək.Çünki Rusiya getdikcə zəifləyir, lakin Ukrayna güclənir, dünyada ona rəğbət artır.Bu səbəbdən də hesab edirəm ki, Ukrayna münaqişəni mərhələlərlə həll edəcək”.

Qabil Hüseynli Rusiya-Ukrayna cəbhəsində döyüşlərin yenidən başlana biləcəyini proqnozlaşdırır:

“Münaqişə çox keçmədən mütləq alovlanacaq. Uzağı bir ilə qədər Donbasda hərbi əməliyyatların bərpası nəticəsində Ukrayna Donetsk və Luqansk vilayətlərini özünə qaytaracaq.Hazırda Ukrayna ordusu ABŞ-dan aldığı silahlar hesabına özünün hərbi arsenalını gücləndirib.Eyni zamanda, Ukraynanın böyük hərbi potensialı var. Ukraynanın hərbi əməliyyatlara başlamasına dünya ictimaiyyəti etiraz etməyəcək.Ukrayna Rusiyaya çox qəzəblidir və Donbasda qazanılan qələbə Krımın da qaytarılmasına perspektiv aça bilər”.

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений