Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

“Qarabağ” rəsmisi: Bizə xoşdur ki…



Nəzərə almaq lazımdır ki, bu oyun bizim üçün ilkin təcrübə idi.

Bunu Axar.az-a “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib. N.İbrahimov komandanın sentyabrın 12-də Londonda “Çelsi” ilə oyunda 6 cavabsız topla məğlub olması barədə bildirib ki, Azərbaycanda ilk dəfə olaraq hansısa bir klub Çempionlar Liqasında ölkəmizi təmsil edir:

“Təbii ki, hər hansı bir texniki, taktiki mühakimələr nəticəni dəyişmir. Biz sadəcə olaraq ən uyğun şəkildə “Qarabağ”ı, Azərbaycanı təmsil eləməyə çalışırıq və bu baxımdan da məncə taktiki mühakimələr yerinə, biz ölkə olaraq birliyimizi göstərməliyik. Qarşıdan Çempionlar Liqasının qrup mərhələsində ilk ev oyunumuz olacaq “Roma” ilə oyun gəlir və məncə, “Qarabağ”ı və Azərbaycanı düşünən azarkeş bu oyuna dəstəyini əsirgəməməlidir. Bu, komanda üçün ən böyük motivasiya olacaq. Bizim üçün xoşdur ki, bu nəticəyə görə insanlarımız bizə xüsusi təzyiq göstərmir, çünki hər kəs başa düşür ki, rəqib İngiltərə çempionu “Çelsi” idi. Amma təbii ki, məğlubiyyət istənilən halda üzücüdür”.

Klub rəsmisi “Roma” ilə oyunda azarkeş dəstəyinin mühüm olacağını da önə çəkib:

“Çempionlar Liqası elə bir turnirdir ki, burda təkcə futbolçular yox, həm də azərkeşlər, tribunalar da böyük rol oynayır”.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений