Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

“Pilotsuz mülki uçuş aparatlarının istifadəsi Qaydaları”nın layihəsi hazırlanıb



“Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci və 44.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin    2013-cü il 15 yanvar tarixli, müvafiq olaraq 3 və 4 nömrəli Qərarları ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları” və “Azərbaycan Respublikasının uçuş Qaydaları” aktlarına, habelə Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyaya (Çikaqo Konvensiyası), Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İKAO) 2011-ci il tarixli, 328 AN/190 nömrəli “Pilotsuz hava gəmilərinin idarə edilməsi sistemləri” sənədinə əsasən, Dövlət Mülki Aviasiya Administrasiyasının və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssisləri tərəfindən “Pilotsuz mülki uçuş aparatlarının istifadəsi Qaydaları”nın layihəsi hazırlanıb. 

Cebhe.info xəbər verir ki, sözügedən layihə pilotsuz mülki uçuş aparatlarının idarə edilməsi tələblərini, habelə təhlükəsizlik və əməliyyat standartlarını və şərtlərini özündə ehtiva edir.

Qeyd olunan layihə 2015-ci ilin 08 sentyabr tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tərəfimizdən təqdim edilib.

Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarından (cəmi: 10 qurum) daxil olan və qəbul oluna bilən rəy və təkliflər nəzərə alınmaqla bu layihə razılaşdırılma mərhələsindən keçib və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilib.

Qeyd edilən Qaydaların Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən təsdiq ediləcəyi  barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin göstərişi daxil olmuşdur (dərkənar № 17/17/3404-26/18/22; 09 dekabr 2016-cı il).

Bildiririk ki, sonrakı mərhələdə sözügedən Qaydaların layihəsində müəyyən zəruri dəyişikliklər tərəfimizdən edilib. 

Bu layihə Azərbaycan Respublikasının dövlət qurumları və digər hüquqi, habelə fiziki şəxslər tərəfindən baxılması və mümkün rəy və təkliflərinin bildirilməsi üçün təqdim olunur (bu layihə Dövlət 
Mülki Aviasiya Administrasiyasının rəsmi saytının “Hüquqi aktların layihələri” bölməsində yerləşdirilib).

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений