Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Neft Fondundan hər ailəyə 10 min manat...” - AXCP sədri



“Bu məsələlər haqqında çox deyirəm və danışıram. Təkrarda fayda var. Hər doğulan uşaq niyə 3 yaşına kimi dövlət tərəfindən təmin edilməsin? Hər ailəyə niyə hər doğulan uşağa görə minimum 800-1000 AZN verilməsin?..”

Cebhe.info xəbər verir ki, bu fikirləri özünün facebook hesabında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev yazıb.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşı neft gəlirlərindən payını almalıdır: “Neft Fondundan hər ailəyə biznes qurmaq üçün 10 000 AZN niyə verilməsin, həm də dövlət onlara 10 000 AZN-i 50 000, 100 000 AZN-ə çevirməyə niyə kömək etməsin?”

“Niyə uşaq qidası istehsal edən müəssisəmiz yoxdur?”

AXCP sədrinə görə, bir valideyn təzə doğulan uşağını yedirtmək üçün bir 500 qramlıq uşaq yeməyinə 10-25 azn pul xərcləyir: “Buna indiki əmək haqqı və işsizliklə hansı ailə tab gətirə bilər?.. Qeyri-neft sektorunun inkişafından danışırıq, millətin demoqrafiyasından danışırıq, amma uşaq yeməyi istehsal edən bir müəssisə yoxdur. Niyə insanlar həqiqi olaraq pulsuz müalicə olunmasınlar? Qonşu Gürcüstanda icbari tibbi sığorta neçə ildir tətbiq edilib, Azərbaycan niyə etməsin? Məgər pulumuz yoxdur? Bizim hakimiyyətimiz fərqli olacaq, fərdin xöşbəxtliyi və rifahı üzərində qurulacaq. Planlarımız nədir, hamısını zaman-zaman da sizlərlə bölüşürük”.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений