Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Məgər ABŞ bilmir ki, Ermənistan bir dəfə öz müqəddəratını təyin edib?” - POLİTOLOQ



“Qarabağ separtçılarının terrorçu başçısı BakoSaakyanın ABŞ-a səfəri və tədbirlərə qatıldığına görə bu ölkəyə verdiyi notaya Bakıdakı səfirliyinin verdiyi cavab ikili standartlara əsaslanır”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

O qeyd edib ki, ABŞ-ın bu mövqeyi Avropa Birliyinin ölkəmizin ərazi bütövlüyü ilə verdiyi tam dəstəkdən ciddi fərqlənir: “ABŞ səfirliyinin verdiyi notaya nəzər yetirək. Notada deyilir: "Birləşmiş Ştatlar ATƏT-in Minsk Qrupunun proseslə bağlı fəaliyyətini dəstəkləyir və münaqişənin Helsinki Yekun Aktı prinsipləri - gücdən istifadə olunmaması, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyinetmə prinsiplərinə əsaslanan danışıqlar yolu ilə həll olunması üçün səylərini davam etdirəcək".

Göründüyü kimi ABŞ-ın "xalqların müqəddəratı" prinsipini əsassız olaraq verdiyi cavabda qeyd etməsi qəbuledilməz və separatizmə dəstəkdir. Məgər ABŞ bilmir ki, Ermənistan bir dəfə öz müqəddəratını təyin edib? İndiki apardığı işğalçı siyasət Rusiyadan idarə olunur?! Vaşinqton bu siyasəti ilə Rusiyanın dolayı yolla idarə etdiyi separatçılara dəstək verməsi kimi qiymətləndirilməlidir. Xarici İşlər Nazirliyi ABŞ -la diplomatik əlaqələrdə çalışmalıdır ki, müqəddərat prinsipini bir daha qeyd edilməməsinə nail olsun”. 

Yeganə Oqtayqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений