Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

“Kitab bayramı 2017” adlı sərgi-yarmarka keçiriləcək 



Kitabın təbliği, reklamı, yayımı və satışı əsasları ilə fəaliyyət göstərən Respublika Kitabxana Kollektoru cari ildən etibarən qapılarını kitabsevərlərin üzünə açmağı və ünvanını kitabın təbliği ilə tanıtmağı planlaşdırır.

Cebhe.info xəbər verir ki, bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi, Nizami Rayon İcra Hakimiyyəti və Respublika Kitabxana Kollektorunun təşkilatçılığı ilə cari ilin 12 sentyabr – 22 sentyabr tarixində Heydər Əliyev parkında (ünvan: Nizami rayonu) yeni dərs ilinin başlanması ilə əlaqədar “Kitab bayramı 2017” adlı sərgi-yarmarka keçiriləcək.

Tədbirin 12 sentyabrda saat 11:00-da gerçəkləşəcək açılış mərasimində respublikanın tanınmış ədəbi, ictimai-siyasi xadimlərinin iştirakı planlaşdırılır.

Sərgi-yarmarka, açılış günü istisna olmaqla, digər günlərdə saat 09:00-dan 19:00-dək ziyarətçilərini qəbul edəcək.

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений