Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“İrəvan – 100” kitabı çapdan çıxdı 



28 may Azərbaycan Cümhuriyyətinin 100 ili və 29 may İrəvan şəhərinin böyük dövlətlərin təyziqi ilə ermənilərə güzəştə gedilməsinin 100 illiyinə həsr edilən, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin “İrəvan-100” kitabı çapdan çıxıb.

Cebhe.info məlumat verir ki, kitab Azərbaycan, İran, Türkiyə, Rusiya, Gürcüstan, Britaniya arxiv sənədləri əsasında və bu istiqamətdə çap olunan tədqiqatlara əsaslanaraq hazırlanıb. Kitabda nadir fotolar və xəritələr də öz əksini tapıb. “Erməni psixologiyası” və “Erməni xəstəliyi” bölmələri ilə kitaba giriş verilib.

Müəllif bu mövzulara müraciət etməklə Azərbaycan xalqına düşmən kəsilən ermənilərin psixoloji və tibbi durumunu tədqiq edib. Bu hissənin hazırlanmasında xarici və yerli psixoloq və həkimlərlə müzakirlər edilib. Kitabda “İrəvanın tarixi”, “Gülüstan müqaviləsi (1813)”, “Türkmənçay müqaviləsi (1828)”, “Batum konfransı və beynəlxalq münasibətlər”, “Cənubi Qafqazda böyük güclərin maraqları” və “İrəvanın güzəşti” başlığında mövzular öz əksini tapıb.

Məlumdur ki, Batum müqaviləsində İrəvanın güzəştə gedilməsi və ermənilərin hər hansı öhdəlik götürməsi ilə bağlı razılaşma əksini tapmayıb: İrəvan erməni Milli Şurası ilə Azərbaycan Milli Şurası arasında centlmen razılaşması əsasında verilib. 1918-ci ildə erməni cümhuriyyəti yaratmaq üçün paytaxt olmadığına görə Azərbaycan Milli Şurası İrəvanı güzəştə gedib. Bunun müqabilində erməni Milli Şurası Yelizavetpol quberniyasının dağlıq hissəsinə, indiki Dağlıq Qarabağa olan iddialarından imtina haqda öhdəlik götürüb. Batum müqaviləsində həmin razılaşmanı özündə ehtiva edən hər hansı bir maddə yoxdur. Kitabda bu məsələlərlə yanaşı Azərbaycan Cümhuriyyəti ilə Ermənistan arasında sonradan İrəvanın taleyi və hüququ statusu ilə bağlı danışıqlar və sənədlər də öz əksini tapıb.

Qeyd edək ki, kitabın redaktoru AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutun elmi işçisi Səbuhi Hüseynovdur. 

Hicranə İsmayılova 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений