Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Hədiyyə gətirən Şaxta Babadansa, qanunsuz kəbin kəsən Müqəddəs Valentindənsə, bizim öz Xızır Nəbimiz yaxşıdır” - Xanım politoloqdan maraqlı açıqlama



“Əvvəllər Novruz bayramını “Xıdır (Xızır) Nəbi” bayramı kimi qeyd edirdik. Görünür, “Yel Baba” da həmin elə “Xıdır Nəbi”dir. Novruzu İrana, atəşpərəstliyə bağlamaq doğru deyil. Bu, qədim şumerdən gələn bayramdır”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Nəzakət Məmmədova “Novruz Bayramı”nın fars mənşəli olub-olmamasına münasibət bildirərkən deyib. 

N.Məmmədovanın sözlərinə görə, bayramın adı fars dilində “Yeni gün” olduğu üçün onu səhvən İran mənşəli hesab edirlər:

“Bu, bizim milli bayramdır və adına da “Xıdır Nəbi” bayramı deyə bilərik. Xızır Baba həm də peyğəmbər olub və 24 min peyğəmbər arasında yeganə türk peyğəmbər olub. Yol göstərən, müdrik insan olması barədə əsatirlər var. Yardıma möhtac, darda qalanın imdadına Xızır kimi yetişmək ifadəsi də onun xeyirxah, yardımsevərliyindən xəbər verir. Yardımsevərlik mücəssəməsi kimi beynimizə yeridilmiş Qərb personajlarından fərqli olaraq bizim öz xeyirxahların olması nə gözəldir. Hədiyyə gətirən Şaxta Babadansa, qanunsuz kəbin kəsən Müqəddəs Valentindənsə, bizim öz Xızır Nəbimiz yaxşıdır. Mən ümumbəşəri dəyərlərə qarşı deyiləm, amma birinci özümüzünkülərin qədrini bilək deyirəm. Xızır peyğəmbərin adı Quranda keçmir. Çünki o, ərəb və ya yəhudi mənşəli deyil. Ancaq daha qədim Şumer dastanlarında adı xeyirxahlıq rəmzi kimi çəkilir. Azərbaycan nağıllarında həmişə belə bir epizod var. Padşahın övladı olmurdu. Bir gün bir dərviş peyda olub ona bir alma verir və bundan sonra padşahın varisi dünyaya gəlir. Həmin dərviş məhz Xızır olub. Bizdə dərvişlərə xüsusi hörmət də bununla bağlıdır. Onlar bizim qədim filosoflarımızdır. Xızır həm də döyüşlərdə qurd cildinə girib döyüşçüləri qələbəyə aparırdı. Qədim türklərin boz qurdu simvol seçməsi bununla bağlı ola bilər. Xızır həm də ölümsüzlük axtarıb. Halbuki, dünya alimləri bununla indi məşğul olur. Millətimiz bu qədər böyükdür!”

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений