Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Facebooka nəzarət gücləndirilsin” deyən Hadı Rəcəbliyə ekspertdən DƏSTƏK



Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hadi Rəcəbli sosial şəbəkələrin nəzarətə götürülməsinin vacib olduğunu deyib.

O, qeyd edib ki, sosial şəbəkələrdə yazı yazan, adamları kütlə psixologiyasına uyğun olaraq qızışdıran qüvvələrin hər birini təhlil edən zaman görərik ki, bunların hamısı dövlətin, xalqın əleyhinə olan insanlardır:

“Ona görə də ayıq-sayıq olmalıyıq. Düşünürəm ki, münaqişəşünaslıq elminin əsaslarına uyğun olaraq biz belə hisslərə, kütlə psixologiyasına uymamalıyıq”.

Maraqlıdır, sosial şəbəkələr təhlükəlidirmi? İnternet məsələləri üzrə ekspert Cahid İsmayılov Cebhe.info-ya açıqlamasında deyib ki, son zamanlar sosial şəbəkələrdə paylaşan informasiya və orada müzakirə olunan məsələlərə nəzər yetirdikdə həqiqətən də Hadı Rəcəblinin haqlı olduğu görünür:

“Çünki bir növ müəyyən səhifələr var ki, hər zaman fürsətdən istifadə edib, ölkə üçün həssas günlərdə maksimum şəkildə informasiya paylaşıb, xaosun yaranmasına cəhd göstərirlər. Sosial şəbəkələrin nəzarətə götürülməsini bu cür anlamaq lazımdır. Hər hansı bir qurum tərəfindən nəzarətə götürülməsi deyil. Bu məsələdə ictimai fikir nəzarəti altına alınmalıdır. Yəni insanlar bu cür məsələlərdə daim diqqətli olmalıdırlar. Sosial şəbəkələrdən aktiv iştirak edən şəxslər belə provakativ informasiya yayanları şikayət etməli, şərhlərə müəyyən cavablar yazmalıdırlar. Eyni zamanda bu cür yayılan səhifələri bəyənməməlidirlər. Hətta lazım gələrsə o cür səhifələrlə mübarizə aparmaq lazımdır. Aidiyyatı qurumlar isə təxribat xarakterli informasiya yayanları tapıb qanun çərçivəsində iş aparmalıdırlar”. 

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений