Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Eşitdiklərim, oxuduqlarım və gördüklərim”: Manaf Süleymanovun doğum günüdür



Yazıçı, nasir, tərcüməçi Manaf Süleymanovun doğum günüdür. 

Cebhe.info-nun məlumatına görə Manaf Süleymanov 1912-ci ilin martın 3-də İsmayıllı rayonunun Lahıc qəsəbəsində doğulub.

Ədəbi yaradıcılığa 1947-ci ildə “Azərbaycan” jurnalında dərc olunan “Yerin sirri” romanı ilə başlayıb. İngilis dilindən bədii tərcümələr edən Manaf  Süleymanov dövri mətbuatdakı məqalələrini bəzən də “Fərəcoğlu” imzası ilə çap etdirib.

Oxucular onun tərcüməsində Cek London, Con Steynbek, O Henri, M.Kopelen, A.Qrasi, Oqoto, Aleks La Çuma, Y.A.Makmani, Piter Abrahams, R. Riv, A.Paton, Fillis Altman, Somerset Moem kimi görkəmli ingilis yazıçılarının əsərləri ilə tanış olublar. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı və bir medalla təltif edilib.

Manaf Süleymanov ilk dəfə olaraq Bakı tarixindən, Bakı milyonçuları və qoçularından, 1918-1920-ci illərində Azərbaycan Xalq Cümhuriyyətinin şəxsiyyətlərindən elmi-publisistik kitablar yazıb, nəşr etdirib.

Onun 636 saylı şəxsi fondunda məşhur Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev haqqında topladığı arxiv sənədləri, Azərbaycan klassik musiqisinin atası, məşhur musiqiçi, bəstəkar, Şərqdə ilk operanın banisi Üzeyir Hacıbəylinun məktubun surəti və s. arxiv sənədləri də Manaf Süleymanov tərəfindən toplanmış və müəllifin 2-ci ömrünü yaşadan şəxsi fondunda diqqətlə qorunur. Romanları, povestləri, ssenariləri oçerk, hekayə, xatirə və tərcümələri müəllifin Arxivdəki 2-ci elmi siyahısında rəsmiləşdirilib. Manaf Süleymanovun köhnə Bakı haqqında tarixi-ensiklopedik kitabı "Eşitdiklərim, oxuduqlarım və gördüklərim" adlı kitabını çox az adam olar ki, oxumamış olsun.

Zəngin tarixi və faktiki sənəd materialları əsasında yazılmış əsərləri onun gələcək nəsillər tərəfindən də maraqla oxunacağına ümid verir. Manaf Fərəc oğlu Süleymanov Azərbaycan bədii ədəbiyyat tarixinin yaddaqalan nümayəndələrindən biridir.

Əməkdar Mədəniyyət Xadimi 2001-ci il, sentyabrın 12-də Bakıda vəfat edib.

Aytən 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений