Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Boykotçular” iqtidara “pas ötürdü”



Ənənəvi müxalifət aprel ayının 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərində iştirak etməyəcək. “Yurd” təşkilatı və Milli Şuradan sonra Müsavat Partiyasının da seçkilərdə iştirak etməyəcəyi dəqiqləşib. “Yurd” sədri Əli Kərimli özünün və şuranın adından boykota gedəcəklərini hələ növbədənkənar seçkilər elan olunan kimi açıqlamışdısa, Müsavat bir qədər tərəddüd etdi. Çünki partiya hələ keçən ilin son günlərində keçmiş başqan İsa Qəmbərin namizədliyi ilə seçkilərə qatılacağını açıqlamışdı. Lakin gərgin müzakirələrdən sonra Müsavat da “Yurd” kimi boykot qərarına getdi.

Milli Şura və “Yurd”un keçən ilin son aylarından xarici ölkələrin Azərbaycandakı səfirləri ilə görüşmək cəhdləri baş tutmayanda seçkilərə qatılmaqdan imtina edəcəyi gözlənilən idi. Xəbər verdiyimiz kimi, Əli Kərimlinin özü bir neçə dəfə ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta və Avropa İttifaqının Azərbaycandakı nümayəndələri ilə görüşməyə cəhd etmişdi. Lakin bütün cəhdləri boşa çıxan “Yurd” sədri sonda xahişlə Sekuta ilə görüşə bilmişdi. Görüş ətrafında Əli Kərimli və tərəfdarlarının geniş kampaniya aparmaması da onu sübut etdi ki, ABŞ seçkilərə hansısa formada, başqa sözlə, son zamanlarda İranla sıx təmaslarda olan “Yurd” və Rusiyanın keçmiş siyasi proyekti olan Milli Şura ilə qatılmaqda maraqlı deyil.

Əli Kərimlinin arxasınca...

Müsavat Partiyasına gəlincə, bu təşkilatın adı son illərdə demək olar ki, xarici ölkələrin Azərbaycandakı səfirləri hallandırılmır. Hələ oktyabr ayına seçkilər təyin edilib tarix müəyyən edilən də Müsavatın bu yöndə fəallaşmaq cəhdləri nəticə vermədi. Seçkilərin vaxtının gözlənilmədən dəyişdirilməsi isə Müsavatın bütün iddialarının üzərinə “soyuq su” səpdi. Artıq Müsavat da “Yurd” kimi öz qınına çəklib, seçkiləri nəzəri olaraq boykot etməklə məşğuldur.

Ələbaxanların hakimiyyətə verdiyi boş meydan

Başqa sözlə, ənənəvi müxalifət daxilində seçkilərdən əvvəl hökm sürən vəziyyət o faktı bir daha təsdiqlədi ki, bu düşərgə indiyədək öz gücü hesabına yox, kənardan uzanan əllə hərəkətə keçə bilən “fiqurdur”. Hesab edə bilərik ki, ənənəvi müxalifəti siyasi meydanda bitirən faktor da bu düşərgənin ifrat dərəcədə ələbaxımlılığı olub. İndi də vaxtilə mədət umduğu əllər bu düşərgəyə tərəf çevrilmədiyinə görə yaxalarını kənara çəkilib, yenə də seçkiləri saxtalaşdırmaqda ittiham etdikləri hakimiyyətə geniş və boş meydan verdilər. Özlərində isə nə bir güc, nə də bir təpər yoxdur ki, birləşib hakimiyyətə qarşı vahid güc formalaşdıra bilsinlər. 2013-cü ildə bu düşərgənin başına oyun açıb yarı yolda qoyduğu Rusiya belə, onlarla əməkdaşlıqda maraqlı deyil. ABŞ və Avropa İttifaqına gəlincə, Qərb heç bu düşərgənin son illərdə qaldırdığı siyasi məhbus məsələlərinə belə baxmır. İndi Qərbin siyasi institutları həm “Yurd”, həm Müsavat, həm də bu ənənəvi düşərgənin digər təmsilçiləri üçün ən əlçatmaz yerdə dayanıblar.

Əldən çıxan pullar

Qeyd etdiyimiz kimi, kənardan dəstək ala bilmədikləri üçün yaxalarını kənara çəkdilər. İndi də nə son illərdə rəhbərlik etdiyi təşkilatı bir neçə dəfə parçalanan və əsas dəstəkləyici elektoratını itirən Əli Kərimli, nə də öz partiyasının özünə qarşı müxalifətdə dayanan başqan Arif Hacılı özündə təpər tapıb meydana çıxaraq, özlərinin ələbaxan olmadıqlarını sübut etmək iqtidarında deyillər. Vaxtilə hakimiyyətin öz daxilində də seçkilərdən əvvəl oyun oynamaq xatirinə ənənəvi müxalifətdən istifadə edən qruplaşmaların susqunluğu da göstərir ki, bu düşərgə artıq bitib. Baş verənlər fonunda o ehtimal da təsdiq olunur ki, aprel seçkiləri ənənəvi müxalifətə pul qazandırmayacaq. Halbuki son seçkilərdə (2013-cü il) Rusiyanın Milli Şura layihəsi bu düşərgənin öndə gedən təmsilçilərinə yüz minlərlə manat pul qazandırmışdı. İndi isə əlləri hər yerdən üzülən “ənənəvilər” bundan da məhrum qalacaqlar. Nə pul qazana biləcəklər, nə də çoxdan itirdikləri nüfualarını azacıq da olsa, geri qaytarmaq üçün meydan tapa biləcəklər. Bu halda “boykotçular”a ancaq bir şey qalır- pul qazana bilmək üçün yeni metodlar fikirləşib tapmaq. Bu məsələdə onların alternativi isə, çətin tapıla...

Mənsur








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений