Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Boykot qərarı məsuliyyətdən qaçmaqdır” - AXCP yetkilisi



“Bəzi müxlaif partiyalar və təşkilatlar növbədənkənar seçkinin təyin olunmasını kənara çəkilmək üçün əlində bayraq edir. Əslində boykot qərarı seçkinin taleyini həll etməlidir. Əgər etmirsə, bu qərarın heç bir siyasi əhəmiyyəti yoxdur”. 

Bunu Cebhe.info-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) təşkilat şöbəsinin müdiri Kamil Babayev deyib. 

K.Babayev hesab edir ki, boykot qərarı hakimiyyətə daha rahat seçki keçirməsi üçün zəmin yaratmaqdır: 

“Növbədənkənar seçkinin keçirilməsi təbii ki,müxalifəti hazırlıqsız yaxaladı. Biz də AXCP olaraq bütün təşkilatı və görüləcək digər işləri 17 oktyabra hesablamışdıq. Ancaq məlum olduğu kimi, sərəncam imzalandı və seçkilər 11 apreldə keçiriləcək. Maraqlıdır ki, növbədəkənar seçki açıqlanan kimi Milli Şuranın timsalında dağıdıcı müxalifət dərhal boykot qərarı verdi. Heç öz üzvləri ilə müzakirə aparmağı da lazım bilmədi. Boykot qərarı bugünkü reallıqda heç bir siyasi əhəmiyyətə malik deyil. Heç bir məsələni həll etmir. Hər bir siyasi partiya seçkilərdə iştirak etməli və xalqa öz tutduğu yolu, planını, proqramını çatdırmalıdır. Bu, həm də partiyanın xalqla təmasında önəmli rol oynayır. Əgər bir siyasi partiya seçkilərdə iştirak etmirsə, o partiyanın fəaliyyəti başadüşülən deyil. Bu günə qədər keçirilən müxtəlif seçkilərdə ənənəvi müxalifət boykot qərarı verib. Bu qərar nəyi dəyişib ki? Bu gün də boykot qərarı heç bir məsələni həll etməyəcək. Sadəcə olaraq, hakimiyyətin əlinə işləyəcək. Hesab edirəm ki, bəzi müxalif təşkilatların boykot qərarı verməsi sadəcə olaraq, məsuliyyətdən qaçmaqdır. Bunun başqa adı yoxdur”. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений