Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

“BakıKart”ın “yediyi” pullar: QƏPİKDƏN İMTİNA



2015-ci ilin avqust ayından etibarən Bakı Metropolitenində “BakıKart” ödəmə sistemi fəalliyyət göstərir. İki ildən çox reallaşan bu sistemdə hələ də ciddi problemlər yaşanır. Belə ki, sakinlər kartyükləmə aparatlarından istifadə zamanı vaxtaşırı ciddi problemlərlə rastlaşır. Bəzən “BakıKart” ödəmə sistemi qəpik pulları qəbul etmir, bəzən qəbul edir, amma ödəmə karta yüklənmir, bəzən isə vahid ödəmə aparatları yalnız kağız əsginaslara üstünlük verir. Bu kimi problemlərlə demək olar ki, hər gün rastlaşırıq. Hətta “BakıKart” ödəmə terminallarının qarşısında tez-tez uzun növbələr yarandığını da müşahidə edirik. Növbələrin səbəbi isə ödənilən pulların “BakıKart” tərəfindən mənimsənilməsidir. 

Əvvəllər terminallarda tez-tez qəpik problemi yaranırdı. Aparat ya qəpiyi qəbul etmir, ya da qəpiklə ödəniş etdikdə hesaba yüklənmirdi. Son bir neçə aydır terminala ümumiyyətlə qəpiklə ödəniş etmək mümkün deyil.

 Bununla bağlı “Cümhuriyət” qəzetinə çoxsaylı şikayətlərlə müraciət edənlər olur. Bildirilir ki, ən çox problem 0. 50 AZN -lə bağlı yaranır. Belə ki, “BakıKart”a 0. 50 AZN ödəmə zamanı sistem pulu səhv yükləyir. 0.50 AZN 0.20 AZN kimi yüklənir. Bundan əlavə çox hallarda kağız əskinasların yüklənməsində də ciddi nöqsanlar yaşanır. Aparat kağız əskinasları qəbul etsə də karta heç nə yüklənmir. Bu cür problemlərlə bağlı “BakıKart” rəsmiləri dəfələrlə yerində problem həll etmək üçün müvafiq yerlərdəki mərkəzlərinə müraciət etmələrini tövsiyyə edir. Şikayətçilər deyir ki, bunlar sadəcə zaman itkisidir, problem heç də həllini tapmır. Çox hallarda isə bunun ardınca düşülmür. 

Şikayətçilərdən biri deyir ki, “BakıKart”da digər əsas problem ödəmə terminallarının normal işləməməsidir. Çox vaxt marşrut xətti üzrə dayanacaqlarda terminal tapmaq müşkülə çevrilir. Belə ki, karta gediş yükləmək üçün uzun məsafə qət etmək məcburiyyətində qalırsan. Ən yaxşı halda isə yaxınlıqda olan metrostansiyaların birinə daxil olaraqödəməni həyata keçirmək mümkün olur. Bu da əlavə vaxt itkisinə səbəb olur ki, sərnişinlər bu vəziyyətdən təngə gəlir. Məsələ ilə bağlı aidiyyatı qurumlar bildirirlər ki, terminallarda belə problemlər yarandıqda metrostansiyalarda fəaliyyət göstərən “BakıKart” əməkdaşlarına yaxınlaşmaq lazımdır. Hər halda “BakıKart” bir daha bu problemlərin qarşısını almaq üçün paytaxt ərazilərdəki terminalları nəzarətə götürəcək. 

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений