Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Azərbaycan ədəbiyyatı antologiyası” qazax dilində  nəşr olunacaq



“Azərbaycan ədəbiyyatı antologiyası” qazax dilində çapa hazırlanır. Beynəlxalq Türk Akademiyası (TWESCO) “Azərbaycan ədəbiyyatı antologiyasının” qazax dilində nəşrini həyata keçirir.

Cebhe.info xəbər verir ki, bu barədə Qazaxıstanın Astana şəhərində jurnalistlərə verdiyi brifinqdə TWESCO prezidenti Darxan Kıdırali məlumat verib.

“Azərbaycan ədəbiyyatı antologiyası” layihəsində 20-dək azərbaycanlı şair və yazıçının qazaxcaya tərcümə olunmuş əsərləri yer alır. Akademiya rəhbərinin sözlərinə görə, TWESCO-nun həyata keçirdiyi Türk dünyası ədəbiyyatı antologiyası seriyasından ilk olaraq, “Azərbaycan ədəbiyyatı antologiyası”nı çap ediləcək. Kitabda Nizami Gəncəvi, Məhəmməd Füzuli, Nəsimi, Vaqif, Mirzə Fətəli Axundov, Sabir, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Mir Cəlal Paşayev, Məmməd Araz və digər ədiblərin seçilmiş əsərləri yer alır.

Eyni zamanda, bu il böyük qırğız yazıçısı Çingiz Aytmatovun 90, tanınmış qazax şairin Mağjan Jumabayın 125, cədidçilik cərəyanının banilərindən biri Şəhabəttin Mərcaninin 200 illik yubileylərini, nüfuzlu rusiyalı türkoloq Vilhelm Radlofun ölümünün 100-cü ildönümünü nəzərə alaraq, 2018-ci il Akademiya tərəfindən “Mağcan, Mərcani və Radlof ili” olaraq qeyd olunacaq, onlarla bağlı silsilə tədbirlər həyata keçiriləcək. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений