Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“AXCP seçkiyə getməklə ana müxalifət missiyasını üzərinə götürəcək”- SƏDR MÜAVİNİ



“Ölkə növbədənkənar prezident seçkilərinə gedir. Bu seçkilərin qabağa çəkilməsi nəylə əlaqədar olmasından asılı olmayaraq faktdır”.

Bunu Cebhe.info-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Məhəmməd Əsədullazadə deyib.

M.Əsədullazadənin sözlərinə görə, ölkədə siyasi situasiya iqtidarın lehinədir: “Xalq siyasi proseslərdən kənarlaşdırılıb, siyasi partiyaların fəaliyyətində ciddi durğunluq yaranıb. İqtidar tələm-tələsik seçkiyə gedərək oktyabra gözlənilən siyasi aktivliyin qarşısını aldı. Bununla kifayət qədər xalqın siyasi proseslərdən kənarlaşdırılmasına nail oldu. Xalq 2003-cü ildən ənənəvi müxalifətə və iqtidarın siyasətinə inanmır. Hakimiyyət siyasi müxalifətin seçkiyə qatılmamasında maraqlıdır. İndiki siyasi vəziyyətdə bəzi partiyaların boykot qərarı əslində  baykot deyil, seçkiyə qatılmamaqdır. Siyasi partiyalar seçkiyə qatılmalı və xalqı siyasi proseslərə cəlb etməlidir.

Xalq siyasi müxalifətin aktivliyini görməli və inanmalıdır. Məhz bunu nəzərə alaraq AXCP seçkiyə qatılır. Partiya sədri Razi Nurullayevin düzgün siyasi qərarı və dəyişikliklərin edilməsi barədə çağırışları xalqın siyasi müxalifətə inamını formalaşdıracaq. AXCP seçkiyə getməklə ana müxalifət missiyasını üzərinə götürəcək. Xalqı seçkiyə və seçkidən sonrakı proseslərə hazırlayacaq AXCP daima xalqın önündə gedəcək. Hesab edirəm ki, bu ildən siyasi canlanma olacaq, xalqı yeni lider Razi Nurullayev ətrafında birləşdirməklə dəyişikliklərə səbəb olacaq siyasi gedişatın əsası qoyulacaq”. 

Vilayət Muxtar 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений