Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“AXC Azərbaycana azadlıq gətirdi, AXCP isə siyasi dəyişiklik gətirəcək” - SƏDR MÜAVİNİ



11 aprel prezident seçkilərinə bir aydan az vaxt qalır. 

Cebhe.info xəbər verir ki, AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadənin fikrincə, seçkini baykot edən ənənəvi müxalifət demək olar ki, məqsədinə çatmayacaq: 

“Apardığı siyasət də ictimaiyyət tərəfindən müsbət dəyərləndirilmir. Bu seçki imkan verəcək ki, yeni siyasi qüvvənin imkanları ortaya çıxsın. Hakimiyyət yeni siyasi güclə hesablaşsın. AXCP sədri Razi Nurullayevin üç il ərzindəki fəaliyyəti, apardığı konstruktiv siyasət bu gün siyasi müxalifətin əsas güc mərkəzinə çevrilib. Əminliklə deyə bilərik ki, AXCP bütün ölkə boyu xalqın dəstəyini alaraq böyük siyasi dəyişikliklər üçün xalqın rifahı naminə siyasi mübarizənin ön cərgəsindədir. Partiya və sədrinə qarşı ənənəvi müxalifətin şər-böhtan kampaniyası artıq arxada qaldı. Partiya öz proqram və məramı ilə 11 aprel seçkilərinə qələbə ilə gedir. İnamlı və mübarizə ilə aparılan siyasət qələbəyə köklənir. Partiyanın siyasi kursu, Elçibəy ideyalarına sadiqlik, xalqla partiya arasında vəhdət yaradıb. Ona görə də qələbə bizimlədir”. 

Sədr müavini bildirib ki, seçki prosesi mürəkkəb və ölkəni siyasi dəyişikliklərə aparan əsas siyasi prosesdir: 

“Çünki ölkənin siyasi gələcəyi qutudan çıxan səslərdən asılıdır. Seçkiyə getmək və xalqı siyasi proseslərə cəlb etmək mütləqdir”. 

Politoloq əlavə edib ki, AXCP 1992-ci ildən bəri ikinci dəfə öz namizədilə rəsmən seçkiyə gedir: 

“Sonradan partiyaya çevrilən AXC XX əsrdə ölkəyə milli azadlıq gətirdi. XXI əsrdə isə siyasi dəyişiklik gətirəcək”. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений