Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“20 Yanvar”da yenidən tıxac xəbərdarlığı: BAŞQA YOL TAPIN



Avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədi ilə Ziya Bünyadov prospektinin Asif Məhərrəmov və Ceyhun Səlimov küçələrinin kəsişməsində yerləşən yol ötürücüsündən “20 Yanvar” dairəsinə doğru olan hissəsində 13 və 14 iyul tarixlərində təmir işləri aparılacaq.

Bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Cebhe.info-ya bildirilib ki, bununla əlaqədar olaraq sözügedən hissədə hərəkət məhdudlaşdırılacaq:

“Sıxlığın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur. Yaranan müvəqqəqi narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir”. 

Hicranə İsmayılova 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений